Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Suriyada “sovet raketləri” buraxan zavod tikir


“The İndependent” yazır ki, İsrailin EROS-B peykini idarə edən imageSat agentliyi Suriya ərazisində Sovet tipli Skad raketləri zavodunun tikildiyini göstərən görüntüləri yayıb


İsrail mediası xəbər verir ki, Latakiya yaxınlığında Suriya hökümətinin nəzarətində olan sahil zolağında tikilməkdə olan bu zavod Tehrandakı raket zavoduna bənzəyir.

Milli.Az BBC-yə istinadən bildirir ki, belə bir mükəmməl zavod İran mütəxəssislərinin iştirakı olmadan heç cür tikilə bilməzdi.

Onlar inanırlar ki, tikintisinə ötən il başlanmış zavod İsraili vurmağa qabil olan uzaqmənzilli raketlərin həm istehsalı, həm də yeraltı anbarlanması imkanlarına malikdir.

Ekspertlərin fikrincə, bu zavod 2017-ci ilin sonlarınadək tikilib başa çatdırılacaq.

İsrail 6 ildir ki, davam edən münaqişənin gedişində İranın Bəşər əl-Əsəd hökuməti üzərində artan təsirindən narahatdır.

Münaqişə əsnasında İsraillə qonşu olan Suriyadakı münaqişədə İranın İnqilab Keşikçiləri Korpusu, Hizbullah və şiə yaraqlıları iştirak edirlər.

İran və onun müttəfiqi olan Livan Hizbullah təşkilatı yəhudi dövlətini yer üzündən silməyə and içiblər.

İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə etdiyi çıxışında deyib ki, onun ölkəsi İranın və onun müttəfiqlərinin qonşu Suriyada möhkəmlənməsinə qarşıdır.

Ötən həftə bəlli olub ki, İsrail Suriyada ABŞRusiya arasında razılaşmaya uyğun olaraq yaradılan atəşkəsi pozmağa cəhd göstərib. İsrail bu atəşkəsin İran üçün geniş meydan açacağından narahatdır.

Bəzi xəbərlərə görə, İsrail dünya güclərinin müharibədən sonrakı Suriyada İranın malik ola biləcəyi hegemonluğa biganəliyini tənqid edib.

İsraillilər Moskva və Washington-dan münaqişə bitdikdən sonra kənar qüvvələrin Suriyanı tərk etməsinə nail olmağı tələb edirlər.

Yəhudi rəsmilər bildirirlər ki, Livan İsrailə tuşlanmış raketlər üçün baza ola bilər.

ABŞ Dövlət katibi Rex Tillerson bu ayın əvvəllərində bildirib ki, Washington Suriya müharibə səhnəsində Rusiya ilə əməkdalığı davam etdirəcək, lakin İran qüvvələri tədricən bu bölgədən çıxarılmalıdır.

İsrailin kəşfiyyat rəsmiləri bu məsələni gələn həftə Washington-da amerikalı həmkarları ilə müzakirə edəcəklər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar