Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran SSRİ-nin siyasi taleyini yaşaya bilər? - Müsahibə


Politoloq: “İranın parçalanması ətraf dövlətlərin hər birinə çox mənfi təsir edə bilər”


Azərbaycan dövləti İranla bağlı yaranacaq xoşagəlməz situasiyanı önləmək üçün ciddi tədbirlər planı hazırlamalıdır”.

Bu sözləri İranda yaranmış daxili siyasi situasiyanı PİA.AZ-a şərh edərkən politoloq Nəsimi Məmmədli qeyd edib.

Qeyd edək ki, bəzi siyasi analitiklər hazırda İranda yaranmış vəziyyəti 1980-ci illərdə SSRİ-də yaranmış vəziyyətlə müqayisə edirlər. Onların fikrincə İranda yaşlı mühafizəkar nəsil hər şeyin qaydasında olduğundan əmindir, lakin gənc nəsil müasir və daha azad cəmiyyətə can atır. Həmçinin, iddia edilir ki, hazırda İranın milli gəlirlərin əksəriyyəti ali dini liderin cibinə və SEPAH-ın xərclərinə gedir. Onlar ölkənin gəlirlərinin əsas hissəsinə və iqtisadiyyata nəzarət edir. İddia olunur ki, onların şirkətləri vergilərdən də azaddır. Həmçinin, Ruhani hökumətinin İranın hərbi və paramilitar qruplara 25 milyard dollar ayırdığına dair məlumatlar var. 

Xatırladaq ki, İran Suriyada 4 ildən artıqdır qeyri-rəsmi müharibə aparır və Rusiya ilə birlikdə Bəşər Əsədin hakimiyyətdə saxlanılmasına nail olub. Suriyadakı döyüşlərdə SEPAH əsgərləri ilə yanaşı, Tehrandan maliyyələşən muzdlu şiə könüllülər iştirak edir. İran həmçinin, Yəməndə husi qiyamçılarına, Livanda “Hizbullah”a, Yəməndə “Ənsərullah” terror təşkilatına, İraqda 70 min nəfərlik “Haşti-Şaabi” qüvvələrinə (Şiə milis dəstələri) maliyyə və hərbi dəstək verir. 

Hazırda nəinki İraq hökuməti İranın siyasi təsiri altındadır, hətta Kərbəla və Nəcəf kimi şiəliyin dini-ideoloji mərkəzləri sayılan şəhərlərin merləri Tehranın təyin etdiyi şəxslərdir. İranın İraqdakı səfiri SEPAH-ın komandanı Məhəmməd Əli Cəfərinin keçmiş müavinidir. Eyni zamanda, İran Fələstində Həmas hərəkatını və bu təşkilatın Qətərdə yerləşən baş qərargahını maliyyə və silahla təmin edir. 

İranın Yaxın Şərq ölkələrində pul, silah və canlı qüvvə ilə təmin etdiyi şiələrdən ibarət “Fatimiyun” briqadası, “Qüds” ordusu, “İmam Hüseyn” briqadası kimi hərbi qruplaşlmalar yerləşdirib. Tehran rejimi Suriyanın Homs və Həma əyalətlərində iki hərbi baza, “37-ci briqada”, “47-ci briqada” adlı hərbi birləşmələr saxlayır. Bütün bunlar isə külli miqdarda xərc tələb edir. 

Bu hallara görə də bir çox siyasi ekspertlər İranın SSRİ-nin siyasi taleyini yaşadığına dair qənaəti irəli sürür. Yəni SSRİ milli gəlirin 70 faizinə qədərini silahlanmaya, nüvə başlıqlı raketlərin istehsalına və xarici ölkələrdə sosialist inqilablarının təşkilinə sərf edirdi. Bu da öz növbəsində Sovet İttifaqının iqtisadi cəhətdən çöküşünü sürətləndirən əsas amillərdən biri olub. Eynilə İranda da yoxsulluğun 40 faizə və işsizliyin isə 58 faizə çatdığı bir vaxtda ÜDM-da hərbi sahəyə ayrılan xərclərin artırılması sosial etirazlara səbəb olur. Dövlət büdcəsi daha çox silahlanmaya və xaricdə müxtəlif hərbi və yarımhərbi qruplar vasitəsilə qeyri-rəsmi şəkildə müharibələrin aparılmasına xərclənir. 

İranda yaranmış vəziyyəti 1980-ci illərdə SSRİ-də yaranmış vəziyyətlə müqayisə edirməsini və İranın SSRİ-nin siyasi taleyini yaşadığına dair məsələ ilə bağlı politoloq Nəsimi Məmmədli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

PKK9WAaZ7Rt6rXwlKWf8AitfKmsvX07zSdnYfjcb95i3lUbnNNyb4m3rKUndv5mwbHw9ne1gzvjF8ePlk2TCUlGKRlxkYVKY1TOC+3qzqM6I2FMwqdQfCrYnR7SvTs0/v71E1EPq100Ysqlw0BcdhmCxzoz41fgf95HXL8cV+JfNeRiSkRVCscrKjkwmU1W+0qqlFSi7ppNPvT0KZre6mNalLDt+7Z1KfRX9+Hk2mukuhscjtl3NvLynjdIREiyxpWipxzLQxaDIiayAi2OqS6gR1EY0ynIKTAURhHItSA4S7ADblNgJl3AhF3ATI2AYJaIy5I52pbfK3oZdFGLCN30Rl0uZWJVKhcS5IGKKIZcQblocIxFgoNGkSFnPfaxtRKFLDJ5yfaSWuUbqPzv6I6GzjHtErcWOq6e6oU/BJX/3AHj7PXFLwNrwlKyNa2NTvPLl8zaaayMeV2fjzpkXLjMSs8hqp9TndZ8WE5lQlbkMumhGRKYMZsc4ruBVK6FtRDqC+0HyomPUhYSaksa6ThWV/7OSk7c46TXnFs6NCSklJZppP1OaSimmnzN33TrOeEoyevAo/0tx/Q6uK9OD8id7ewkQtMhtHOoYKbCUxkuURXkNuCwCyIoiAJJFBMCUgoUi2yokt0JOKQxC2iWfeAYiZJMqDLkYLXBmRSZiXMmiysRYc2LcgmU0WQQ4MFIkJChHxDuLTDuawmFtjacMPDjm1m7K7SV/HkcY3tg3ip1Wvdqvii1mtFlfyN89pb4lQp8nKT/0r9TUpvij2ckrL4encRbdurDhxvHv5YOxc5WsbFLJHhbDpe+ut3n3d57WLmZ8ntpxf5Lq4tRR51XaE38ORi4vE83ojyMRthxTaXlbS+l3ovAvDBOeb1q22qtLVNr1MzA7yRnrkzU6e3ZSbTgnld2zy8vEOE43usvv5l3CfMRjyX4roUNoK2odPHqyNe2NSc+eQe8NV0uFrnkc945vTpnJ1t7NTHeCBji4PWS9TQ69erUfx8K8TLwuGa/juO8M0z/fbfTck801mmbbuY74On41PlVmc72RXfFwt3Okbp0eHCUlzs5f1Sb/UMJplzXcj2lIJMUgkzWOYU2CmFYiQwkGGCiORRIGhbCTADaXchUmHK4poVBlOBJEgupGAVfwBuSQIjYVOQcgEXcxWhk4cxGrtGXRHBROYSZU0DFlkYVFEJcYMiFcWgi4mtX38oXjSn+FzX9UU/wDaaDTwtSck07K/y5nTt7KV6F0r8Moy+sX9TR403Gas7rNvvWWnrYjK6rt4e+NhYTD8Dve70M9JNGPWlYqjUzMsmuOpNEY7Z0WrtX+h5OJoxzTSzWjV0/E2aVS6sYc9lynpp1Hjlorhv01mnShC/BGKvk7X07s2Mwmy3PSL8+XgbRQ2FFZy9DOjCMXZWRV5CnEVsnA9mkI3wwCnRbWsWpL6P6s9ijmsiY6jxQtblYx3d7b+M8dOTYrZ0mlwtXzum7J92f8AyKpYCcY3TfHxaKV8vU2zG7Kkrygu+6/4MTDwd9PkdP7dxxXh1R7BrN8PEs7tP6HXtgUZRw8E3e6uu5J5pLyOZ4TDJWeVzqmzqXBSpx5qEV5pJMzndTyzUkZNitAkC0WwHFhiYyGJlQqKxUyJg1JDIdyXFORbl19RAbkS4FwkwBiBky7i5MAB5hqIAxChvORZZH4epitVzJov6GN6eg+g7jhU6QpxGA8XcaEkZBiWg4sRmQGMVEYmXEUnH0eOnOPfF+tsvmc9rzjbLVq7Oks07erZlKmlVhBRlKVpWcraN6N2WfcLPHfbo4OTW8ftrNfMVh0XJhxIsdDJodTLjVPN4wKmJ5E6a42MvE7Qtks2KwPvSbk7dBNGCvdmLtSlxPJtPoxzHYucjZaLjykvUyK08tTn9PEypv4m1fSTv6GfDbLb1+YsuOwTllerOvw1HHv95eevzGVsPCS0zPDqzk5Kbf8AwZ1DFZEXFW5WTsvCuVaFPvkr+Cd5P0TOlJGn7oUHKrOp+FKK8Za/JfM2+xWLh58t5aOTAkBH70Leev1NNsEkgoSBTI0OAxyBlLNC5T/+luX3kMjZogEphXf2xhaZLisxrQgkZBJC2wlMBodicQPEQYYQLYMZFyMFoZGHMeJkUdRwqaxEbj5A2LJIk4S0WhyDa4hON+YNgkyoSzUd+Nq006eGzdSd6mX8EYqWcvHO3gz39u7Yp4WjKtVeUdFznLlCPV/LU5FuntR4rajqV3d1o1YW5K9N2iuijGyNJhspl43b1YxuElYupTcJypy+KLaflzXRqz8ySZhY9CXZZjYufCNlUSMefvPPQJB8MaO1Ip2ckh89o0npNDZYSLWi9Dz62GgtYL0KlhTH7JrJSd1JNEo00tGmKqUKd9GvNkhhIvJX9X+48r0PCfDNVfVGRQyMKlguF5PI2PYOB7WvCPJPil4Rz+bsvMyo3qN43cwnZ0Ip/FL3peMuXkrLyPQl5kTJ98wcdu7sPl9A0wbP7RdhwhNlvMEooHQBnST0yKig7dBkGVylUKctSRhkMDirjJgUwpMegAFFtlIkDii3bvJAqSKDARLgoJnOtaHUdTHTH4djhU9iXVzGtCq84xTlJpJZttpJLq2aJMUga+KhCLlOcYRWrk1FLzZom8ftFp07wwsVUlpxyuoL8q1l8kcz21tetiJcdapKb5XeS/LFZI0x47fablHYNpe0XA0rpTlVf/jjdf1SsjXcV7Wc/wCywvnUqfpFfqcuXUJS/Y2mET5V7e9G8tbGTUqrSUVaMI3UY99l3vvPN2Vj3QrU6y/w5xn5J+8vNXXmYbYKLkRXbt5sH2kY4mlnaKcrfxQtdSXh9PA1ft8rnrey/bHa4bsJO8qPu+MH8D8s4/yi959iOk3Upq8HnKK/h6rp9COTi3/UdPDza/mvErV7MZh5pmFdS1Fu8HdGHi382wxp5amPicK2uTMCltB949bRI8bGuOcrD/6GV/hHUqFuQ7/rUA8UmLLZ7kSpobvuZgnCk6sk71NPyrT1d36GiYXGUO2gsRU7Om3m7N3S5O3wp6XOs4atTqQUqcoyhb3XFpxtytYnTn5OTfUMjUDVRCQkDI6/3kFfp9P3FwYcZlQl+T+RGS5VxhUWPUsri0EmVCKmOgA0FAIBMXKYyoIsOiCTuMSBghqFIESsU2XJi3LqMMFFMu5gbU2xQw6vVqRj3LWT8IrNmGtqZw2E1HNtJc23ZebZzna3tG1WHp/zz/SK/VmnbU27Xru9WrKS5K9orwisjbHivz0i5x1Xbm/mFoXVN9tPuh8K8Z6elzmm8G89fFP+0laPKEcoLy5vqzxHVFuR0Y4SM7djnMxqrClIXMogRkEmKlqRSzQyNYJfEQYetupth4XEwq39z4Ki/wAstX5ZPyO7RtOKazTV11TPnNffodY9lm3O0pPDzd5UrcPWD09NPQ0xpD3g3Ys3Okrc3Hk/DuNVqXTs001yZ2Wrh7o1vbOwoVNVn3rUnPil7jXHks9ubVKaemQqVNrme5tLYlSF3H3rcufkeDxt8rdDlzlx9t8bL6HGEnzPY2Fst158PFaMfifPwXU8GtOWUYfFLJfudG3I2P2NG2rbu3zb5v1uZ+Ns2eWWnNN5sN2eKr0nf3Zvhv8AgklOC8lJIx9kbZr4WfFQqSh3rWMvzReTNk9rGF4MZTqf9yil505NN+koGlTmdGM3HLle3Xd3faJQq2jiF2M/xXvTfnrHzy6m50q8ZJSjJSi9Gmmn5o+bITsevsbbtbDS4qNRx71rF+MXkzPLhnwqZ/b6AUwzQd3faHTqNQxCVKX41fgfjzh46eBvNKqpJSg1JPRppp+aMLjZ7XuU7hCcAIyGRkOBaRaLRGyiRFIG9iRmAFPMGndPMJlqQKWHFgJ9wURxKpSB4AlEiA3Nd899exboYdrtFlOfKH+WPfLryOY18VKcnKUnKTebbbb8Wxdabbbbz6iJI6MMJjGWWWz+0CUjFUw1IvSWRcpsWpff34lyYgtgXCb6imwCTiJaGplSXMAT2rvmvQdGSfMiA4Fe4wZc9TdrazwuJp1r5J2n1g/i/fyPJSCQ5SfT+EqKSTWaaun0YVfC8Rpvsp2v22EVOTvOi+zf5dYP0y/lZmb8b2zw9OdPCRU69velqqffZfxS6aL5FbVGNvZtfDYRWqSvUavGnHOT6v8ACurOe19r0K8m5SVKT0ajJq3Li7/E1adeVSTnOUpzk7ylJtybbWbbKivvyRlnd+2+GOu9tq2diqFBTrynGrNZQhFv5uSvnlyPT2H7UGpqnVwqUdL05O6/lks/U0Zffq1+h6WwcBxycraNJfqTO+jzx123D2p1adfDYbE0nxKNSVN98VUhxWfdnTXqc0Zu22sO44fE09I8NKovzQqLNdWrrzNIky/Hx6YXtRaYNywSbGoe5u9vFWws1KnL3b+9Bt8M11XJ9dUa8HCYrNnH0RsfatPE0YVqb92S0esWtYy6pmemcm9k21XGvPDt+7Ui5xXdOGtvGN/6EdWucuU8a2l3D1IkpCFItyFs9HE4BKkx3FdBCWgmshfGW3kMCgxpjpjeIYGCylItBsny+qiIyEOtiGUQblkGEuEpEIAW5FtEIKgqRd/v0IQQJm7O41PmiEGF3JchADavZ3tKdPFdnCfD28XTv3SV5QfTmv5jfKOz+Hxvn48yyDhtL3r3ccarnSja7vw8m9W49ehq9Ncutv8ASiEJzny3478Dtl991/1Nx9n2E41LpU+kIkIZT205PT2d9sAuxq8k4LxbV2l62OTrQhDb3I5L7Cy2QgiUyRZZAD191sd2OLoVb2Uakb/ll7s//Vs7+kQhz809NcBcJCEMVrgMSIQcCpQLgml3lEGBJl8RCACMVVcIuSi5aZK9/FWTfyBwmMc43lCcHe1nF3y56EILYf/Z" alt="Картинки по запросу nəsimi məmmədli">
Nəsimi Məmmədli: “ABŞ və İsrail qətiyyətlə İran rejiminin üzərinə getdikcə, cəmiyyətin mühafizəkar hissəsi rejimin ətrafında daha sıx birləşir və rejimi xarici siyasətində daha da qabağa getməyə vadar edir”.


PİA.AZ siyasi şərhçi, politoloq Nəsimi Məmmədlinin gündəm mövzu ilə bağlı qısa müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Nəsimi bəy, hesab edirsinizmi ki, İran SSRİ-nin taleyini yaşaya bilər və rejimin süqut etdiyi halda İranın milli dövlətlərə parçalana bilər?

- İstənilən müqayisədə qüsurlarla yanaşı, üst-üstə düşən və nəticə çıxarmağa imkan verən məqamlarda olur. İranla keçmiş SSRİ-nin hər ikisinin idarəetmə tipi totalitar olsa da, fərqli tərəfləri də kifayət qədərdir. Bu barədə geniş danışmaq istəmirəm, çünki mövzu çox əhatəli cavab tələb edir. Qısaca onu deyim ki, İran qədim dövlətçilik ənənəsinə malikdir, sosial-siyasi dəyişikliklərdə özünəməxsusluğu ilə seçilir, 1-ci və 2-ci Dünya Müharibələri, 19-cu yüz illikdə Avropadan gələn siyasi dəyişikliklər dalğası İrandan yan keçib. İran cəmiyyətinin oturuşmuş tarix şüuru, siyasi təfəkkürü və ictimai proseslərə yanaşması, habelə mülkiyyət münasibətlərindən doğan sosial mühiti digər qonşu dövlərlərdən çox fərqlidir. Əgər biz yalnız müasir sosioloji-politoloji paradiqmalarla qiymətləndirmə etsək, o zaman doğru nəticəyə gəlmək asan olmayacaq. 

Həm də demokratik ölkələrin sosial-siyasi proseslərini analiz edərkən tamamilə, qismən azad ölkələrin isə əsasən proqnozlaşdırılması mümkün olduğu halda, sonda oxşar aqibət yaşasa da, qeyri-azad ölkələrin sosial-siyasi proseslərini qətiyyən proqnoz etmək mümkün olmur. Bildiyiniz kimi məhz İran da BMT hesabatlarına görə dünyada qeyri-azad ölkələrin başında gəlir və orada yaşanan olayların gələcəyi ilə bağlı aydın fikir söyləmək çətindir.

Doğrudur, internet resurslarının yaratdığı müasir imkanlar nəzərdən qaçmamalıdır və gənclərin dünya görüşünə olan təsirləri də istisna deyil. İrana dünyanın ümumi axarından çox da geri qalan bir cəmiyyət kimi baxmaq da olmaz. Orada gənc nəslin dünya elminə, texnologiyasına, mədəniyyətinə, ictimai-siyasi həyatına can atması tendensiyası dəfələrlə özünü göstərib. Bu faktor İranın dəyişməsini qaçılmaz edən ən ciddi amildir. 

O ki qaldı İranın milli dövlətlərə parçalanması ehtimalına, məncə bu elə də asan məsələ deyil. Təbii ki dünyada yeni dövlətlərin doğulması prosesi hər zaman davam edən bir proses olub və olacaq. Bundan sonra da yeni dövlətlərin yaranacağı istisna deyil. Ancaq indi Orta Şərqin durumu elədir ki, İranın parçalanması ətraf dövlətlərin hər birinə çox mənfi təsir edə bilər. Odur ki, bu halın baş verməsinin qarşısını nəinki İran, eləcə də digər qonşu dövlətlər, habelə Rusiya və Çin də qətiyyətlə almaq istəyəcək. 

Ona görə də bu gün bizim üçün arzuolunan hal İranın demokratikləşməsi və orada yaşayan milyonlarla soydaşımızın ən elementar hüquqlarının bərpası ola bilər.


Nəsimi Məmmədli: “ABŞ-ın Asiya siyasəti yeni mərhələyə keçir və bu mərhələdə ona bütöv, zəif və asan idarə olunan İran lazımdır”.


- Məlumdur ki, ABŞ və İsrail İranda inqilab olmasını və rejimin süqutunu açıq şəkildə dəstəkləyirlər. Sizcə ABŞ və İsrailin planında necə bir İran var və bu planın uğur qazanması regiona nələr vəd edir?

- Əslində reallıqdan baxsaq, ABŞ-ın və İsrailin hazırda İran daxili siyasətinə birbaşa təsirləri yox səviyyəsindədir. Buna baxmayaraq ABŞ və İsrailin kütləvi etiraz aksiyalarına açıq dəstək verməsi də təsadüfi deyil. Burada üç əsas məqsəd var. 

Birincisi, İranda qeyri sabitlik olduğu barədə beynəlxalq ictimai rəyin yaradılması, onunla iqtisadi-ticarət, siyasi, təhlükəsizlik, regional əməkdaşlığını davam etdirmək istəyən dövlətləri çəkindirmək və ya tərəddüd yayatmaq, habelə gələcəkdə İrana qarşı həyata keçiriləcək siyasətə beynəlxalq psixoloji zəmin hazırlamaqdır.  

İkincisi, İranı Orta Şərqdə söz sahiblərindən biri olmağa şirnikləndirmək üçün onu tələyə salmaq taktikasıdır. İran qeyri-azad ölkədir və çoxsaylı daxili sosial-siyasi problemlərini yalnız inzibati zor aparatı vasitəsilə saxlamağa müvəffəq olub. Rusiya hökuməti kimi İran hökuməti də ölkə daxilindəki problemləri xaricdəki fəaliyyəti ilə ört-basdır etməyə çalışır. Orta Şərq regionunda iddialarını açıq ortaya qoymaqla cəmiyyəti manipulyasiya etməyə nail olur. Nüvə silahına sahib olmaq üçün çalışmalarını sürdürür, silahlanmaya milyardlarla dollar xərcləyir. Suriyada, İraqda və Yəməndə minlərlə əsgər itirib. Son 10 ildə İran bütün resurslarını Orta Şərq siyasətinə istiqamətləndirib və daxildə sosial-iqtisadi durum xeyli gərginləşib. Xalqın problemləri isə durmadan artır. Belə görünür ki, ABŞ və İsrail qətiyyətlə İran rejiminin üzərinə getdikcə, cəmiyyətin mühafizəkar hissəsi  rejimin ətrafında daha sıx birləşir və rejimi xarici siyasətində daha da qabağa getməyə vadar edir. Bu isə rejimi zahirən güclü göstərsə də, daxilən sürətlə zəiflədir. Yeni sanksiyalar və Orta Şərqdə möhkəmlənmək üçün xərclənən pullar İranı daha da taqətdən salacaq və ölkədə yeni sosial-siyasi proseslərin başlanması istisna edilmir.

Üçüncü isə ABŞ-ın və İsrailin əsas məqsədi İranda ələbaxan, zəif bir idarəetmə sisteminin qurulmasına nail olmaqdır. Proseslər belə davam edərsə, İran yaxın dövr üçün mürəkkəb və ziddiyyətli durumla üzləşə bilər. Ya hazırkı rejim ya dəyişəcək, ya da xeyli zəifləyəcək. Ancaq onun milli dövlətlərə bölünməsi hazırda ABŞ, Avropa Birliyinin və İsrailin də maraqlarına uyğun deyil. ABŞ-ın Asiya siyasəti də yeni mərhələyə keçir və bu mərhələdə ona bütöv, zəif və asan idarə olunan İran lazımdır.

Nəsimi Məmmədli: “ABŞ-ın və İsrailin əsas məqsədi İranda ələbaxan, zəif bir idarəetmə sisteminin qurulmasına nail olmaqdır”.


- İrandakı teokratik rejimin yaxın 10 ildə süqutunu nəzəri cəhətdən olsa belə diqqətə alarsaq, yaranacaq xaos Azərbaycana necə təsir edə bilər və sizcə Azərbaycan bu dəyişikliklərə indidən hazırlamalıdırmı?

- Əlbətdə, İran çoxmilyonlu soydaşlarımızın tarixən vətənidir və kənardan onların təhlükəsizliyinə xələl gətirən davranışlardan uzaq olmalıyıq. Ancaq nəzər almalıyıq ki bu coğrafiyada mütləq dəyişikliklər baş verəcək və onun ölkəmizə sosial, siyasi, iqtisadi, təhlükəsizlik baxımından ağır təsirləri istisna deyil. Azərbaycan dövləti İranla bağlı yaranacaq xoşagəlməz situasiyanı önləmək üçün ciddi tədbirlər planı hazırlamalıdır. O planın detalları cəmiyyət üçün tam açıq olmasa da ictimai-siyasi qurumlarla qapalı müzakirə edilməlidir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar