Çərşənbə, 23 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İran ABŞ-dan BMT-yə şikayət etdi

İran daxili işlərinə qarışmaqda günahlandırdığı ABŞ barədə Birləşmiş Millətlər Təşkilatına şikayət edib


Bu barədə Tasnim agentliyi xəbər yayıb.

Bildirilir ki, bununla bağlı İranın BMT-də daimi təmsilçisi Qolamali Xoşru BMT Baş katibi Antonio Quterresə və BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Məktubda deyilir: "ABŞ hökuməti nümayişlərə dəstək vermə bəhanəsi ilə anlamsız bir şəkildə İranın daxili işlərinə müdaxilə hərəkətlərini artırdı. ABŞ prezidenti Donald Tramp və prezident köməkçisi Mayk Pens çoxsaylı axmaq "tweet"ləri ilə iranlıları təhrikedici hərəkətlərə təşviq etdi".

ABŞ-ı beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini pozmaqda ittiham edən İran diplomatı üzv dövlətləri Tramp hakimiyyətinin İranla bağlı açıqlamalarını pisləməyə çağırıb: “Tramp hakimiyyətinin İran ilə əlaqəli açıqlamaları pislənməlidir”.Virtualaz.org

pia.az
Etiket:
loading...