Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

"Azərbaycan Mərkəzi Bankının 200 nominallı əskinasların buraxması addımı hökumətin nağdsız ödənişləri stimullaşdırmaq və nağd əməliyyatları məhdudlaşdırmaq siyasətinə uyğun gəlmir"


İqtisadçı-ekspert Samir Əliyev  bildirib ki, bu gün Azərbaycana 200 nominallı puldan çox, 2 nominallı pul lazımdır.

"Çünki 1 və 5 nominallı əskinaslar arasında hər hansı nominalın olmaması ödənişlər zamanı əhali üçün çətinlik yaradır. Mərkəzi Bank dövriyyəyə 2 nominallıq pul buraxmaqla bu problemi aradan qaldıra bilər. Məlumat üçün deyim ki, məzənnəsi milli valyutamıza yaxın olan ölkələrdə 2 nominallıq pul (bu daha çox metal sikkə şəklində olur) mövcuddur. Məsələn, Avropa avrosunu, Britaniya funtunu, Gürcüstan larisini, Belorus rublunu, Bolqarıstan levini, Braziliya realını qeyd etmək olar. Bu ölkələrin valyutalarının dəyəri manatın dəyərinə yaxın olduğundan (fərq ən çoxu 2 dəfədir) müqayisə üçün uyğun nümunə ola bilər. Adı çəkilən ölkələrdə avro və lari istisna ən böyük nominal 100-lükdür. Bu siyahıya Kanada və Yeni Zelandiya dollarının da əlavə etmək olar. Avrozona artıq 500 nominallıq əskinasdan imtina edir və dövriyyədə yığışdırılır. Bundan sonra ən yüksək nominal 200 avro olacaq. Ancaq avro zonanın həm iqtisadiyyatının, həm də əhalisinin gəlirlərinin həcmi bizimlə müqayisə oluna bilməz".

S.Əliyev əlavə edib ki, iqtisadiyyatı böyük ölkələr getdikcə iri nominallı əskinaslardan imtina edir və Avropa bunun bariz nümunəsidir.

"Maya dəyəri ucuz olmasına rəğmən iri nominallı pullar nağd dövriyyəni stimullaşdırmaqla yanaşı, pul kütləsinin iqtisadi subyektlərə effektiv yayılmasına əngəl yaradır. Çünki belə pullar iqtisadiyyatda ödəniş yox, daha çox yığım vasitəsi qismində iştirak edir. Azərbaycanda da belə olacaq. Daha çox yığıma gedəcək. Ancaq devalvasiyadan sonra əhali hələ ki, manatı yığım vasitəsi kimi istifadəyə tələsmir. İri nominallı pulu marketlərdə xırdalanması problemlər yaradacaq. Düşünürəm ki, Mərkəzi Bank təcili olaraq 2 manatlıq sikkələrin buraxılışına başlamalıdır. Yeni nominallı pulun psixoloji təsiri olsa da bu, uzunmüddətli olmayacaq", - deyə S.Əliyev vurğylayıb.

Bununla belə iqtisadçı-ekspert hesab edir ki, 200 manatlıq əskinaslar devalvasiya və ya inflyasiya yaratmayacaq.

***

"İri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları var".

"APA-Economics"in məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq.

"Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı", - deyə V.Bayramlı vurğulayıb.

V.Bayramov iri nominallıəskinaslarla bağlı digər ölkələrin təcrübəsindən də danışıb: "Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir".

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul etdiyini bəyan edib."APA-Economics"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar