Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisad universitetindən qadağalar


Azərbaycan Dövlət İqtisad Universitetində “İşçilərin universitetdaxili intizam qaydaları” və “Tələbələrin universitetdaxili intizam qaydaları” qüvvəyə minib


Universitetdən virtualaz.org-a verilən məlumata görə, qaydalar iyun ayından işçilərlə tələbələrin müzakirəsinə verilmişdi.

Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənədə görə universitetin professor-müəllim heyəti peşə fəaliyyətini yerinə yetirmək müqabilində tələbələrdən və ya onların yaxınlarından hər hansı maddi və ya qeyri-maddi nemətlər tələb etməməli, bu tipli təkliflər olduqda da onları rədd etməli, şəxsi həyatında əxlaq və ictimai davranış normalarına riayət etməlidir.

Bu qaydalara görə dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə etmək, zəngdən sonra auditoriyaya girmək, dərs zamanı auditoriyanı tərk etmək, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək, universitetdə dərs verdiyi tələbələrə ödənişli əsaslarla xüsusi dərslər vermək, vəzifəsinin icrasında dil, irq, cinsiyyət, siyasi baxış, fəlsəfi inanc, din və məzhəb ayrı-seçkiliyinə, ayrı-ayrı fərdlərin fayda və zərərinə səbəb olan davranışlar nümayiş etdirmək qadağandır.

Sənəd həmçinin birbaşa və vasitəçi əli ilə hədiyyə istəməyi və vəzifə başında olmasa belə üstünlük və fayda təmin etmək məqsədilə hədiyyə qəbul etməyi, ayrı-ayrı şəxslərdən və tələbədən borc istəməyi və ya almağı, ideoloji, siyasi, dağıdıcı, separatçı məqsədli fəaliyyətlər göstərməyi və ya bu fəaliyyətləri dəstəkləməklə universitet və onun strukturlarının asayişini, əmək intizamını pozmağı, başqasının elmi əsərini və ya tədqiqatını bütövlükdə və ya onun bir hissəsini mənbə göstərmədən öz əsəri kimi qələmə verməyi, peşə fəaliyyətini həyata keçirərkən açıq şəkildə rüşvət istəmək və korrupsiya xarakterli davranışlara yol verməyi yasaq edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar