Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisad Universitetində dava, müəllim tələbələri ilə dalaşıb


Müfəssəl məlumata görə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri tələbələri ilə dalaşıb


 Müəllimlər Müslüm İbrahimov və Əhliman Zamanovun IV kurs tələbələri ilə dalaşması səbəbindən 3 tələbə rektor Ədalət Muradovun əmrinə əsasən universitetdən qovulub.

Faktinfo.az-ın əldə etdiyi məlumatdan o da aydın olub ki, Müslüm İbrahimov ADİU-nun II korpusunda yerləşən iqtisadiyyat fakültəsinin müəllimidir, onunla tələbələrə qarşı davada  iştirak edən digər müəllim yoldaşı  Əhliman Zamanovun  isə elmi dərəcəsi yoxdur, fakültəyə müəllim kimi yenicə işə götürülüb.Tələbələrlə dalaşan hər iki pedaqoq İrşad Kərimovun rəhbərlik etdiyi kafedranın müəllimləridir.

Məlumat üçün  bildirək ki, baş vermiş davada tələbələrin təqsiri bilinməsi ilə valideynlər barışmır, onlar övladlarının ADİU-ya qısa bir müddətdə bərpa edilməsi üçün Prezident Adminstrasiyasına ,aidiyyəti qurumlara şikayət etmək istəyirlər. Bunu isə iqtisadiyyat fakültəsinin dekanı Asiman Quliyev istəmir, universitetdən qovulan tələbələrin valdeyinlərini razı salmağa çalışır ki,onlar şikayət etməsinlər.Çünki hadisə barədə artıq Respublika Prokurorluğu məlumatlıdır,dekan Asiman Quliyev bir neçə dəfə prokurorluğa çağrılıb.İndiki şəraitdə valideyin və tələbələrin digər dövlət qurumlarına şikayət etməsi fakultə dekanına əlavə problemdir ki,bu səbəbdən məsələnin böyüməsini,bir çox faktların aşkarlanmasını istəmir.

Mövzunu diqqətdə saxlayacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar