Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidarın müxalifətlə dialoqa ehtiyacı var?


Qabil Hüseynli: “Radikal müxalifətin irəli sürdüyü bəzi təkliflər var ki, o təkliflər məqbul sayıla bilməz”


Azər Qasımlı: “İqtidar-müxalifət dialoqu ilə bağlı yeganə mövzu Qarabağ məsələsi ola bilər. Bu isə ermənilərin digər ölkələrin dəstəyilə bizim üzərimizə gəldikləri zaman baş verə bilər”.

Məlumdur ki, aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində müxalifətin önəmli hissəsi seçkiləri boykot etdi. Boykot qərarını verənlərin səsləndirdiyi arqumentlərdən biri budur ki, nəticəsi bəribaşdan bəlli yarışmaya qatılmaq mənasızdır və "hakimiyyətin seçki oyununda iştirakdan" başqa bir şey deyil. Ekspertlər boykotun seçki nəticələrinə heç bir təsir etməyəcəyini vurğuladığı kimi, seçkini boykot edərək kənara çəkilməklə müxalifətin cəmiyyəti alternativ fikir eşitməkdən məhrum etdiyini düşünənlər də vardı. Son nəticə olaraq, 11 apreldə keçirilən prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyev  86,03 % səs toplayaraq yenidən qalib oldu.  

Seçkidən sonra müxalifətin keçirdiyi imitinq sə demək olar ki, çox sönük keçdi və cəmiyyətdə, o cümlədən siyasi kuluarlarda heç bir əs-səda yaratmağa nail ola bilmədi. Bunu da ümumilikdə Azərbaycanda bir sıra fundamental problemlərin olmasına bqxmayaraq cəmiyyətdə müxalifətə olan kütləvi inamsızlıq faktoru kimi dəyərləndirmək mümkündür. 

Müxalifətin hazırda çox zəif olmasına baxmayaraq, prezidentin inaqurasiya mərasimi dən sonra ölkədaxili siyasi konsensusun əldə edilməsi naminə iqtidar-müxalifət danışıqlarına ehtiyac varmı? Ümumiyyətlə, iqtidarla müxalifət arasında normal münasibətlərin qurulması üçün ilk olaraq hansı addımlar atılmalıdır və yaxud hansı problemlər öz həllini tapmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli və REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlının fikirlərini öyrənib.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Əvvəl danışıqların predmentini müəyyənləşdirmək lazımdır. Fikrimcə, bu məsələdə ümumi məxrəcə gəlmək çətindir ”.


Müəyyən mənada iqtidar-müxalifət danışıqlarına ehtiyac olduğunu vurğulayan politoloq Qabil Hüseynliyə görə, mövcud vəziyyətdə hər iki tərəfin ortaq məxrəcə gəlməsi isə imkansız kimi görünür:

“İqtidar-müxalifət dialoquna bəlkə də ehtiyac var. Çünki ölkədə ümumi həmrəyliyə nail olmaq və sabitliyi daha ciddi təmin olunması üçün bu məsələ barədə düşünmək olar. Ancaq bu mövzu ilə bağlı müxalifətə söhbətə getməzdən  əvvəl danışıqların predmentini müəyyənləşdirmək lazımdır. Fikrimcə, bu məsələdə ümumi məxrəcə gəlmək çətindir.  

Müxalifətə lazım olan bir sıra şəraitlər yaradılıb. Belə ki, müxalif lazım gəldikdə kütləvi tədbirlər keçirir, öz fikirlərini mətbuatda açıq şəkildə bildirir. Sadəcə olaraq radikal müxalifətin irəli sürdüyü bəzi təkliflər var ki, o təkliflər məqbul sayıla bilməz”.

Image result for azər qasımlı
Azər Qasımlı: “İndiki şəraitdə iqtidar-müxalifət dialoqunun yaşanması üçün hansısa hadisələr baş verməyib”.


İndiki şəraitdə iqtidar-müxalifət dialoqnun gözlənilən olmadığını qeyd edən politoloq Azər Qasımlının fikrincə, iqtidarın bu dialoqla bağlı bir marağının olması da inandırıcı deyil:

“İnaqurasiyadan sonra  müxalifət-iqtidar danışığının baş tutması hakimiyyətdən asılı olacaq. Çünki bu addımı müxalifət yox, hakimiyyət atmalıdır. İqtidarın isə bu addımı atacağına inanmıram. Əslində indiki şəraitdə iqtidar-müxalifət dialoqunun yaşanması üçün hansısa hadisələr baş verməyib. Bu baxımdan dialoqun reallaşa biləcəyi aktual deyil. 

Mövcud vəziyyətdə hakimiyyət QHT-ləri, seçki sistemini, partiyaları əzə-əzə gedir.  Belə olan halda yolun ortasına dayanıb, müxalifətə dialoqla bağlı təklif etməsi inandırıcı deyil. 

İqtidarla müxalifət arasında normal münasibətlərin yaranması üçün bir sıra ciddi addımlar atılmalıdır:

- Siyasi məhbuslar azad olunmalıdır;

- Son illər ərzində qəbul olunmuş qanunlar və yaxud qanunlara edilən dəyişikliklərə yenidən baxılmalıdır. Bununla da demokratik inustitutların formalaşmasını və ya fəaliyyətini  mümkünsüz edən hallar aradan götürülməlidir;

- Məhhkəmələr azad olmalıdır və siyasi sifarişlə iş görməməlidir.

Digər hallarda isə iqtidar-müxalifət dialoqu ilə bağlı yeganə mövzu Qarabağ məsələsi ola bilər. Bu isə ermənilərin digər ölkələrin dəstəyilə bizim üzərimizə gəldikləri zaman baş verə bilər”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar