Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidar təmsilçisindən sensasion açıqlama


Əli Hüseynli: “QHT-lərin, jurnalistlərin “xalq diplomatiyası” adı altında görüşləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib”


“Bəzi vəkil və hüquq müdafiəçilərinin dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirovun fəaliyyətini ictimaiyyətə “xalq diplomatiyası” kimi çatdırması yanlışdır. Ölkə ictimaiyyəti birdəfəlik bilməlidir ki, hazırkı müharibə vəziyyətində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu məsələlərin tənzimlənməsi üçün münasibətlər ancaq müəyyənləşdirilmiş rəsmi çərçivədə aparılır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
 
Ə. Hüseynli qeyd edib ki, qanuni baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar olur: “Ancaq müstəsna hallarda, müəyyən bir mandatla Azərbaycan parlamentariləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səfərlərdə iştirak edirlər. “Xalq diplomatiyası” adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir. Bunu bizim ictimaiyyətin bilməsi çox vacibdir. Bu ad altında əslində Azərbaycan torpaqlarının işğalı vəziyyətində, guya ki, vətəndaş cəmiyyətləri arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin arxasında nəticə etibarı ilə mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideya durur. “Xalq diplomatiyası” yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər.
 
Yeganə olaraq bir neçə il əvvəl Rusiyanın keçmiş prezidenti Dmitri MedvedevAzərbaycan prezidenti İlham Əliyevin verdikləri bəyanatlardan sonra Moskva tərəfinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı ziyalının səfəri olub. Amma bu da bir müsbət davam etmədi. Çünki Azərbaycan-Ermənistan danışıqları müəyyən bir dövrdən sonra yenə də dayanmış oldu”.
 
Komitə sədri xüsusi bəyan edib ki, jurnalistlərin, QHT nümayəndələrinin, yaxud digər vətəndaş cəmiyyəti təmsilçilərinin “xalq diplomatiyası adı altındakı təmasları effekt verə bilməz: “Əksinə Rauf Mirqədirovla bağlı hadisə də göstərdi ki, bu, təhlükəlidir, belə haldan Ermənistanın xüsusi xidmət orqanları istifadə ediblər. QHT nümayəndələrinin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti nümayəndələrinin “xalq diplomatiyası” adı altında həyata keçirdikləri səfərlər, görüşlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib. Bu, bəlkə də o iştirakçılarının özlərinin də xəbəri olmadan baş verir”.
 
Ə. Hüseynli bildirib ki, “xalq diplomatiyası”dan yalnız xalqın mandat verdiyi şəxslər istifadə edə bilər.
 
Komitə sədri onu da bildirib ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları xüsusi peşəkarlığı ilə seçilir: “Hesab edirəm ki, hazırda atılan addımlara, hüquqi prosedurlara dözümlə yanaşmaq lazımdır. Əlbəttə ki, hər şey təqsirsizlik prezumpsiyasını gözləmək şərti ilə həyata keçirilir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar