Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidar ciddi kadr dəyişikliyi ərəfəsində


Artur Rəsizadə nəhayət gedir ...; Mürəkkəb iqtisadi vəziyyətdə 80 yaşlı baş nazirin bu posta oturması hakimiyyəti indi heç cür qane edə bilməz; mümkündür ki, köhnə məmurların bəzilərinin rəhbərlik etdiyi sahələr “yeni iqtisadiyyata keçid” səbəbindən ya ləğv edilsin, ya da səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılsın; iqtidar komandası “yeni qan” izində...


Dövlət başçısı İlham Əliyevin öz komandasında iqtidar üçün ağrısız keçəcək kadr dəyişikliyi edəcəyi haqda məlumatlar ölkə mətbuatı üçün yeni mövzu deyil. 

Hakim komandada dəyişiklik zamanı çatdığına hələ bir neçə ay əvvəl ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar da bir az sərt şəkildə işarə etmişdi. Bunu bir sıra Qərb diplomatları da vaxtaşırı rəsmi və qeyri-rəsmi şəkildə etiraf edib.

Məlumatlara görə, prezident də komandanın üst düzeyində mümkün dəyişikliyə meylli olsa da, bir sıra səbəblərdən bu layihəni 2013-cü il prezident seçkilərindən sonra təxirə saldı. Yalnız 3 nazir kürsüsünü itirsə də, gözlənilənlərin əksinə olaraq  baş nazir Artur Rəsizadə və daha bir neçə illərin naziri görəvində saxlanıldı. 

Ciddi kadr dəyişikliyini ertələyən səbəblər sırasında təbii ki, Qərbin hakimiyyətə yönələn təzyiqləri də vardı ki, son həftələr iqtidar bu məsələdə rahatlanıb. Prezidentin Avropa Birliyində əsas söz sahiblərindən olan Almaniyaya səfərində Azərbaycan iqtidarına yönəlik isti mesajlar və bunda sonra ABŞ-la münasibətlərin istiləşməsi komandaya yenidən nəzər salmağı mümkün edir. İllərdir   kifayət qədər təcrübə qazanmış komanda üzvlərini əvəz etməyin riskli olduğu aydındır. Amma bu, müxalifətin meydanlara on minlərlə adam yığdığı, demokratik düşərgənin əsas bir qisminin birgə olduğu zamanda riskli  idi. Nə qədər qəribə səslənsə də, bəzi komanda üzvləri uzun bir sürəcdə kürsüdə qaldıqları üçün müxalifətə minnətdar olmalıdırlar.



Fəqət 10-15 il vəzifədə olan məmur korpusunu iş başında daha çox saxlamaq da risklidir. Bu cür məmurlarla yola davam kifayət qədər qorxulu sayılır. Çünki zaman ötdükcə onların bəziləri iqtidarın həm icra strukturlarında, həm qanunverici orqan olan parlamentdə, həm də güc strukturlarında möhkəmlənirlər. Bu, Türkiyənin indi gündəmində olan “paralel dövlət”lə müqayisə olunacaq situasiya deyil, ola da bilməz. Azərbaycan iqtidarının kadr korpusuna nəzər yetirdikdə onların bir çoxu bir-biri ilə çox yaxın qohumdur. Bir məmurun işdən çıxarılması iqtidar daxilində neçə-neçə “daşları” oyadır. Amma bu sonsuza qədər də bu cür davam edə bilməz. Görünür, iqtidarın ən üst təpəsində - adına “dərin hakimiyyət” deyə biləcəyimiz dairədə də artıq kadr islahatı ideyasını gerçəkləşdirməyin zamanı çatdığını tam qərarlıdırlar. 

Bu dəyişikliyə gedilməsini şərtləndirən daha bir mühüm amil Azərbaycan hökumətinin də etiraf etdiyi kimi “postneft dövrü” və yaxınlar da ölkəmizi də içərisinə alacaq iqtisadi böhrandır. İqtisadi böhran dövründə isə komandaya, necə deyərlər, “yeni qan” lazımdır... 
Prezident fevralın 25-də 80 yaşını tamamlaması münasibəti ilə baş nazir Artur Rəsizadəyə “Şöhrət” ordeni verilməsi barədə sərəncam imzalayıb. 



Baş nazirin təltif olunması onun nəhayət ki, martda dəyişəcəyi ilə bağlı  siyasi qərarın anonsu sayıla bilər. Artur Rəsizadənin gedəcəyi ilə bağlı xəbərlər mətbuat səhifələrində dəfələrlə müzakirə mövzusu olsa da, vəziyyət bu dəfə tam fərqlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan, faktiki, iqtisadiyyatını yeni dövrə hazırlamalıdır. Rəsizadənin üzərinə qoyulan işin həcmi və ağırlığı onun yaşı və səhhəti ilə doğrudan da uyuşmur. 

1996-cı ilin noyabrından bəri (2003-cü ildə cəmi bir neçə ay müalicəsi ilə əlaqədar işdən gedib) daşıdığı bu vəzifəsində özünü doğruldub-doğrultmaması sualı artıq aktual deyil. Baş nazir siyasi əhəmiyyətinə görə prezident vəzifəsindən sonra ikinci postdur və illərdir ki, heç bir ambisiyası olmayan A.Rəsizadə hakimiyyəti tam qane edib. Amma daha çevik iqtisadi qərarlar dövründə 80 yaşlı baş nazirin bu posta oturması hakimiyyəti indi heç cür qane edə bilməz. Bu səbəbdən də  “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenli baş nazirin yola salınması üçün bütün hazırlıqlar artıq başlamış sayılır. Hökumətə yaxın mənbəmizin sözlərinə görə, A.Rəsizadə mart ayında nəhayət ki, fəxri təqaüdə göndəriləcək. 



Belə görünür ki, yeni iqtisadi dövr üçün prezident artıq baş nazir postunu kimin tutacağını da qərarlaşdırıb. Baş nazirin kim olacağı barədə konkret ad çəkmək istəməyən qaynağımız bunu prezidenti kadr seçimi məsələsində proqnozlaşdırmağın mümkünsüz olduğu ilə izah edib. Həqiqətən də adətən hansısa “yetişmiş” məmurun dəyişilməsi gözlənildikdə media onlarla adamın adını yazır, təftiş edir. Amma sonda bu proqnozların heç biri doğrulmur. Son nümunə olaraq Səfər Əbiyevin yerinə gözlənilmədən Daxili Qoşunların komandanı Zakir Həsənovun gətirilməsini göstərmək olar. Bu baxımdan yeni baş naziri adı namizədliyi parlamentə göndərilənədək yəqin ki, sirr olaraq qalacaq. 

Baş nazirin yola salınması ilə başlanılacağı iddia edilən komandadaxili dəyişikliyin iqtisadi sferanı kurasiya edən bütün məmur korpusunu əhatə edəcəyi də deyilir. 

Mümkündür ki, köhnə məmurların bəzilərinin rəhbərlik etdiyi sahələr “yeni iqtisadiyyata keçid” səbəbindən ya ləğv edilsin, ya da səlahiyyətləri və işçiləri əhəmiyyətli dərəcədə azaldılsın. Belə bir qərar “köhnə”lərdən sayılan “Azərenerji” prezidenti Etibar Pirverdiyev və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı artıq verilib. Bu, həm də kadr dəyişikliyinin daha “ağrısız” (tibbi terminlə keyitmə üsulu da demək olar) aparılmasına kömək edəcək. 

Yekunda onu da deyək ki, qarşıdakı kadr dəyişikliyi yalnız Nazirlər Kabinetini əhatə etməyəcək. Ən qısa zamanda Prezident Administrasiyasında da ciddi kadr dəyişiklikləri gözləniləndir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar