Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır


Ekspert: “Əgər aldığınız əmlakın dəyərinin 40% həcmində ilkin ödəniş edilirsə, aylıq ödəniş limitinə olan məhdudiyyət ortadan qaldırılacaq”


Dövlət başçısı mayın 2-də “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana görə, ilkin mənzil bazarından ipoteka ilə aldığı əmlaka görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq. 

Xatırladaq ki, hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70%-dən çox ola bilməz. Artıq bu tələb ilkin ödənişi 40%-dən çox olanlara aid edilmir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, ipoteka kreditlərində ilkin ödəniş məbləğinin ləğv edilməsi daha düzgün olardı: “Çünki bu kreditlər yığımları olmayan və yaxud da yığımları çox aşağı olan təbəqə üçündür. İndiki halda sadəcə olaraq ipoteka kreditlərinin qaytarılmasında risklər var və bir çox vətəndaşlar bundan əvvəl götürdüyü kreditləri qaytara bilmirlər. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, ilkin ödəniş məbləği aşağı olanda kreditləri idarəetmə də çətinləşir. Bir növ kreditlərin qaytarılması riski də artıb”.

Onun fikrincə, hazırda bu dəyişikliyi etməklə bir növ ipoteka kreditlərinin qaytarılmasında risklərin aşağı salınmasına çalışırlar, daha çox risklərin azalmasını stimullaşdırırlar: “Amma inanmıram ki, indiki halda 40%-dən çox ilkin ödəniş edənlər ipoteka krediti götürsünlər. Çünki əgər 40 faiz yığım varsa, bu halda mənzil almaq haqqında daha çox düşünərlər nəinki ipotekadan kredit götürmək”.

İqtisadçının qənaətincə, ümumiyyətlə, ipoteka kreditlərinə əlçatanlığın artırılması üçün sosial ipotekada ilkin ödənişin ləğvi daha məqsədəuyğun olar: “Çünki indiki ipoteka modeli daha çox elitar modeldir. Əgər biz onu kütləviləşdirmək istəyiriksə, ipotekaya çıxış imkanlarını artırmalıyıq”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bunun satıcılara birbaşa təsiri yoxdur: “Sadəcə bu, tələbi artırsa, satıcıların və ya inşaat şirkətlərinin satışının artmasını stimullaşdıra bilər. Burada dolayı təsirdən söhbət gedə bilər. Bu, daha çox ipoteka kreditləri ilə ev almaq istəyənlərin işinin asanlaşmasını təmin edir. Əgər aldığınız əmlakın dəyərinin 40% həcmində ilkin ödəniş edilirsə, aylıq ödəniş limitinə olan məhdudiyyət ortadan qaldırılacaq. Əvvəl isə ilkin ödənişiniz 40% olsa belə yenə aylıq gəlirinizin 70%-ə qədərini ipoteka kreditinin ödənişinə yönəldə bilərdiniz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar