Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka fondundkı qanunsuzluqlar - 32 milyonluq mənfəət bölüşdürülməyib…

Palata: “İpoteka Fondu müvəkkil kredit təşkilatlarına limitlər ayırarkən müvafiq qaydaların tələblərini gözləməyib”


Hesablama Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili zamanı gəldiyi nəticələri açıqlayıb.

 “APA-Economics” Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteninə istinadən xəbər verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin həcminə uyğun verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədi ilə ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbin ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.

Sənəddə qeyd olunub ki, respublikanın regionları üzrə verilmiş ipoteka kreditlərinin həcmi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub: “Belə ki, 2015-2016-cı illərdə Cəmiyyət tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 96,4%-i Bakı, Sumqayıt, Gəncə şəhərlərinin və Abşeron rayonunun payına düşübsə, yalnız 3,6%-i respublikanın digər regionlarını əhatə edib”.

Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində bildirilib ki, mənzillərin orta bazar qiymətlərinin müəyyən edilməsi zamanı əhalinin bir sıra çətinliklərlə üzləşməsi müşahidə olunub, lisenziyası ləğv olunmuş və ya maliyyə göstəricilərinə görə nəzarətə götürülmüş bankların ipoteka krediti portfelinin müvafiq tədbirlər çərçivəsində digər banklara ötürülməsini tənzimləyən qaydalar mövcud olmayıb, ləğv olunmuş banklarda öhdəliklər üzrə hesablanmış 200,9 min manat məbləğində faiz borcunun müddəti ötsə də Cəmiyyətə ödənilməsi təmin edilməyib. Bundan başqa, 2016-cı il ərzində əsas borc üzrə müəyyən edilmiş müddəti keçməsə də vaxtı ötmüş kreditlərin həcmi 19,7 min manat artaraq 50,4 min manata çatıb.

“Dövlət büdcəsindən ayrılmış vəsaitin Cəmiyyətin müvafiq hesabına düzgün mədaxil olunmasına nəzarət məqsədi ilə Dövlət Xəzinədarlıq orqanı ilə üzləşdirmə sənədləri rəsmiləşdirilməyib, vəsaitlərin depozitə yerləşdirilməsi zamanı bankların seçim meyarlarında dəqiqləşdirmələr aparılmasına ehtiyac yaranıb.
Cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi 32 mln. 133,6 min manat məbləğində mənfəət bölüşdürülməyib, müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması zamanı müvafiq qaydaların tələbləri gözlənilməyib, daxili nəzarət tədbirlərinin və monitorinqlərin keçirilməsi zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət tələb olunan səviyyədə olmayıb”, – deyə sənəddə vurğulanıb.

fexri

Qeyd edək ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Fəxri Xanhüseyn oğlu Kazımovdur.  Fəxri Kazımov Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar