Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin istiqrazlarının buraxılışını qeydə alıb
Palatadan verilən məlumata görə, hər birinin nominal dəyəri 1000 manat olan 20000 ədəd faizli ipoteka istiqrazları kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.
pia.az