Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev kassasiya şikayəti verib
Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, şikayətə oktyabrın 7-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi iclasda baxılacaq.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinib və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
pia.az