Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar edən sevgilisi Cim Kerrini nədə günahlandırıb?

ABŞ-da məşhur Hollivud ulduzu Cim Kerrinin keçmiş sevgilisi Katriona Uayt-ın məktubu ortaya çıxıb


Uayt  Kerridən ayrılandan sonra 2015-ci ildə  özünə qəsd edib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2013-cü ilin aprelinə aid məktubun mətnində Uayt Kerrini həyatını məhv etdiyinə görə, onu narkotiklərlə, psixi pozğunluqlarla, cinsi xəstəliklərlə fahişələrlə tanış etməkdə ittiham edir:
 
 “Düzdür, səninlə görüşəndən bəri çox yaxşı şeylər baş verdi, amma mən o zamandan bəri mən şəxsiyyət kimi sındım”- deyə məktubun mətnində yazılıb.
 
Məktubu yayan adamın  Maykl Avanatti olduğu deyilir. Avanatti Katriona Uaytın anasının və 2013-cü ildə nikahda olduğu keçmiş ərinin vəkilidir.
Bununla belə, məktubun həqiqətən də Uayta aid olub-olmaması bəlli deyil.
 
Uayt 2015-ci ilin sentyabrında 28 yaşında ikən, məşhur ulduzdan ayrıldıqdan sonra intihar edib. Aktyoru keçmiş sevgilisini cinsi xəstəliklərə yoluxdurmaqda,  müxtəlif dərmanların qarşılığında qızı susmağa məcbur etməkdə ittiham edirlər.
 
Kerri bu ittihamları əsassız sayır və məhkəmədə hakimdən bütün faktları nəzərə almasını xahiş edib.
 
Cim Kerri məşhur Amerika_Kanada komiki,  aktyorudur. İki dəfə “Qızıl qlobus” mükafatını qazanıb. “Maska”, “Səfehvə daha səfeh”, “Aydın şüurun əbədi parıltısı”, “Həmişə “Hə” de” filmlərindəki rolları ilə tanınır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar