Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar


Mətanət Vahid yazır...

               
“İçimin boşluqlara doğru sovrulduğunu hiss edirəm. Ruhum məndən qopub uzaqlaşmaq istəyir nə zamandır. Harasa, nəyəsə can atır. Zavallı bədənimin gücü yetmir bu asi ruhumu daşımağa. Ruhum dəcəl uşaq anasının yanından qaçıb gedən kimi hey qaçıb uzaqlaşmağa çalışır. Nəyə çatmağa can atdığını bilsəydim barı, aparıb ruhumu o yerdə hörükləyərdim. Oturub ləpələrinin sahilə çırpılıb məhv olduğunu izlədiyim bu dənizəmi? Ya bəlkə dünən yarpaqlarını az qala birbəbir öpməyə çalışdığım ağacamı? Üzümü sürtmək istədiyim qara torpağamı? Baxıb, baxıb daldığım səmayamı? Nədən qopub ayrılıb bu ruhum? Nəyə can atır? Nədən rahatlıq, hüzur tapa bilmir heç cürə?”
 
Bu, bir intihar məktubuydu əslində və intiharçı sonradan hər kəsin maraqlanacağı ölümünün səbəbini yazmışdı bu məktubda. Ruhu bədənində əziyyət çəkən, qopub uzaqlaşmağa, bacardıqca qaçmağa çalışan birinin intihar öncəsi yazılmış məktubu...
 
Son zamanlar tez-tez yaxından, uzaqdan intihar xəbərləri alırıq. Sarsılırıq, “axı niyə?” deyə təəccüblənirik. Bizi həmişə başqalarının intihar etməsinin səbəbi maraqlandırır. Kimisi üçün bu sadəcə bir maraq, kimisi üçün analizdir.
 
İntihar edənləri, demək olar ki, heç vaxt qınamıram, qınaya bilmirəm. Çünki onları özüm kimi başa düşürəm. Və onları qınaya bilmədiyim üçün özüm həmişə qınaq obyekti oluram. Dindarlar deyirlər ki, intihar Allahın heç vaxt bağışlamayacağı ağır bir günahdır, ailəcanlılar deyir ki, özünü yox, özündən sonra gözüyaşlı qoyub getdiyi ailəsini, azyaşlı uşaqlarını, valideynlərini düşünməli idi. Bir sözlə, intihar edənlər bizlərin nəzərində eqoistdirlər. Onlara “ölməklə canını qurtardı” düşüncəsi ilə yanaşırıq çünki. Bəlkə də, haqlıyıq. Amma hər zamanmı haqlıyıq? Kim bilir, o insan intihara gedən yolda – o boynuna keçirdiyi ipə, damarına çəkdiyi ülgücə, ovuclayıb udduğu dərmanlara qədər nələr hiss edib, nələr yaşayıb? Bir insanın öz həyatını tərk edib getməsi üçün nə boyda səbəbi olmalıdır ki, özünə qıya bilsin. Axı “can şirindir” deyirlər, hamı yaşamaq istəyir. İnsan ömrü boyunca nə qədər acılar çəkməlidir ki, bu həyatı heç sevmədiyini deyə bilsin hər şeyə rəğmən. Adam var ki, ailəsi, uşağı, işi, evi, maşını, pulu, ad-sanı – hər şeyi var,  amma həyatı sevmir ki, sevmir. Kiçik anlarda “həyat gözəldir” deyə, ona sevinc qatmağa çalışsa da, sevə bilmir yaşamağı. Belə insanlar, əslində, bu sözlərlə hər gün sanki bir intihar məktubu yazırlar – üzlərində təbəssüm, gözlərində sevinc görüntüsü ilə... 
 
Özünə, həyatına qıya bilənlər sözün əsl mənasında intihar edir, adam da var yaşadıqca hər gün, hər saat ömrü büsbütün intihar havasındadır. Ölümdən qorxan, hətta haqqında söhbət eşidərkən belə üşürgələnənlər yaddır onlara. İntihar edənlər ya özlərini, ya da başqalarını bağışlaya bilməyənlərdir çox vaxt. Bağışlaya bilməmək öldürür onları. İntiharçılar bu gen dünyada sıxılan, özünə bir adamlıq yer tapa bilməyən, ağlamaq istəyəndə, düşünmək istəyəndə özünə çəkilməyə imkan tapa bilməyən adamlardır əksərən. Ölüm təsəllidir onlarçun. Ölüm axtardıqları, həsrətində olduqları o tənhalıqdır. Ölüm ÖZlərinə qovuşa bilməkdir... Qovuşmanız mübarək!
 
 P.S. Bu yazımla intiharı təbliğ etmirəm, sadəcə intiharın səbəblərinin mütləq hər hansı konkret hadisə ilə bağlı olmaya biləcəyini vurğulayıram.(kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar