Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpolun axtarışında olan iki azərbaycanlı Rusiyada həbs edilib


Rusiya Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin əməkdaşları azərbaycanlı həmkarları ilə əməkdaşlıq çərçivəsində bir cıra cinayətlərdə təqsirləndirilən və İnterpol xətti ilə axtarışda olan vətəndaşları yaxalayıb


APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda təqsirləndirilən Azərbaycan vətəndaşı yaxalanıb.
 
O, özünü vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşlara müəyyən məbləğ qarşılığında zəlzələdən zərər çəkən evlərin bərpası üçün zəruri sənədlərin alınmasına kömək edəcəyini vəd edib və ona inanan şəxslərin 58 min dollarını alaraq mənimsəyib. O, cinayət məsuliyyətindən yayınmaq üçün 2013-cü ilin sentyabrında Azərbaycanı tərk edib və Rusiya ərazisində gizlənib. 2014-cü ilin may ayında İnterpolun Baş Katibliyi onun həbsinə və axtarışa verilməsinin təşəbbüskarı olan dövlətə ekstradisiyasına qərar verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun yeri müəyyənləşdirilib və həbs edilib.
 
Bir sıra cinayətlərdə təqsirləndirilən digər Azərbaycan vətəndaşı isə Ufa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Təqsirləndirilən şəxs 2009-2012-ci illərdə sənədləri saxtalaşdırmaq yolu ilə banklardan külli miqdarda kredit götürüb və qaytarmayıb. O, mənimsədiyi vəsaitlə Rusiyadakı qohumlarının yanına gedib, Tümen vilayətində olub və Başqırdıstanda saxlanılıb.
 
Azərbaycan hüquq-mühafizə orqanları hər iki şəxsin həbsi haqqında məlumatlandırılıb. Hazırda onların ekstradisiyası məsələsi həll olunur.
 
Bundan başqa, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları Bakı aeroportunda külli miqdarda narkotik qaçaqmalçılığında təqsirləndirilən Tümen sakinini həbs edib. Hazırda onun Rusiyaya ekstradisiyası məsələsinə baxılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar