Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol Hüseyn Abdullayevin axtarışını dayandırdı


Keçmiş deputat Azərbaycana tənqid, Almaniyaya isə tərif yağdırdı


İnterpol təşkilatı 2014-cü ilin avqustundan Azərbaycan Milli Məclisinin keçmiş üzvü Hüseyn Abdullayevin axtarışını dayandırıb. 

Yada salaq ki, H.Abdullayev haqqında İnterpol xətti ilə axtarış Azərbaycan dövlətinin müraciəti əsasında həyata keçirilirdi. Bir müddət öncə Azərbaycandan gedən Hüseyn Abdullayevə Almaniya 2014-cü ildən siyasi sığınacaq verib.

Keçmiş millət vəkili yeni xüsusatla bağlı “Yeni Müsavat”a açıqlama göndərib. Həmin açıqlamada deyilir: “Hörmətli həmvətənlərim, sevimli xalqım!

Sizin nəzərinizə çatdırıram ki, vəkillərimin uzun müddətdir apardığı qarşılıqlı yazışmaları nəticəsində mərkəzi Fransanın Lion şəhərində yerləşən Beynəlxalq Polis Təşkilatı (İnterpol) avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb səhifəsindən çıxarıb.

Hesab edirəm ki, belə bir mühüm faktın özü mənim nə qədər günahsız olduğumu bir daha təsdiq edir. Eyni zamanda bu hadisə onu göstərir ki, Azərbaycanda mənə yönələn ittihamlar tamamilə saxta, qərəzli və siyasi motivlidir.

Dəyərli dostlarım! Bundan sonra Azərbaycandan başqa bütün ölkələrə sərbəst gediş-gəliş imkanım var. Azərbaycana gəlişimi isə haqqımda saxta ittihamlarla qaldırılan cinayət işi əngəlləyir. Mənə və ailəmə qarşı basqılar bu gün də davam edir. Belə çətin durumda mənə dəstək olan bütün insanlara dərin təşəkkürümü çatdırıram. Ayrıca, qarşılaşdığım çətin hüquqi sürəcdə hüquqi dövlət olduğunu bir daha təsdiqləyən, insan hüquq və azadlıqlarını, ədalətli olmağı öz dövlət idarəçiliyində təməl prinsip sayan Almaniya dövlətinə minnətdarlığımı ifadə edirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar