Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol-un axtardığı iş adamı Qalib İbrahimov Tiflisdə tutuldu


Gürcüstanın mərkəzi kriminal polisi Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İnterpol-un Tiflis bürosu ilə birlikdə keçirdikləri əməliyyat zamanı beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb


Virtualaz.org gürcü mənbələrinə istinadən xəbər verir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb. Məlumatda 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Q.İ.-nin Tiflisdə saxlanıldığı, onun 2015-ci ilin noyabrında İnterpolun Azərbaycan bürosu tərəfindən qırımızı bülletenlə axtarışa verildiyi bildirilir.

Gürcüstan DİN-in məlumatına görə Q.İ. Azərbaycanın Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə ittiham olunur. Bu maddə iri məbləğdə vergidən yayınmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Hazırda saxlanılan şəxsin barəsində ekstradisiyaya qədər proseduralar həyata keçirilir.

Virtualaz.org araşdırıb ki, həmin şəxs “Azkomp” MMC şirkətinin rəhbəri Qalib İbrahimovdur. O, 2015-ci ilin noyabrında iri məbləğdə vergidən yayınmaq ittihamı ilə İnterpol-un xətti ilə beynəlxalq axtarışa verilib. Qalib İbrahimovun beynəlxalq axtarışa verildiyi barədə xəbərlər həmin dövrdə KİV-lərdə yayılıb.

“Azkomp” MMC-nin və Qalib İbrahimovun fəaliyyəti barədə geniş məlumat yoxdur. Bununla belə tender.gov.az saytında göstərilir ki, həmin şirkət 2012-ci ildə iki nazirliyin kompüter və şəbəkə avadanlıqlarının alınmasına dair keçirdikləri üç tenderin qalibi olub. Bunlar məbləğinə görə elə də böyük olmayan tenderlərdir, ümumi məbləği bir neçə on min manatdan çox deyil. Həmin tarixdən sonra “Azkomp” MMC-nin dövlət strukturlarının və müəssisələrinin keçirdikləri tenderlərdə iştirakına dair məlumata rast gəlinmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar