Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet xəyanət ocağıdır?


Sosial şəbəkələr ailə dağıdacaq gücə malikdirmi?


Cəmiyyətmizdəki əsas qavrayış və davranış problemlərindən biri də, xəyanətə meylli tərəf kimi kişilərin qadınlara nisbətən daha üstün olduğunun iddia edilməsidir. 

Bir dəfə TV-də internetin sosial münasibətlərə təsiri ilə bağlı bir verilişə baxırdım. Adını unutduğum, orta yaşlı bir kişi çıxışı zamanı internetə görə dağılan ailələrdə günahı qadınlarda görürdü. Dönə-dönə qeyd edirdi ki, kişilərin sosial şəbəkələrdə görmədiyi, tanımadığı adamlarla yazışması heç də xəyanət deyil və xəyanət olacağını gözləmək də  absurddur. Elə buna görə də ailəsini sevən qadın internetdəkilərə görə kişidən boşanmamalıdır. 

Bu çıxışın kişilərin ürəklərinə yağ kimi yayılması yüksək ehtimalla gözlənilən və haqq  veriləndir. Hardasa haqq verilə bilər, amma bu vəziyyətin xəyanətə səbəb olmayacağını birmənalı demək qəlizdir. 

Bir reallığımız var ki, internet üzərindən həyat yoldaşına xəyanət edən kişilər, sırf internetə görə mübahisələr yaşanan ailələr az deyil. Kişilərlə yanaşı,  xəyanət edən qadınlar da var. Çox güman ki, internetdə tanış olduğu adamla qoşulub qaçan, uşaqlı qadınlarla bağlı xəbərlər də görmüsünüz.

Sosial şəbəklər ailə dağıdacaq gücə  malikdirmi?

Heç şübhəsiz ki, informasiya texnologiyalarının ən əhəmiyyətli yeniliyi sosial şəbəkələr sayılır. Əsasən ictimai məqsədlə istifadə olunan və istifadəsi sürətlə artmaqda olan sosial şəbəklərin xeyirli tərəfləri qədər mənfi təsirləri də danılmaz faktlardan biridir. İnsanın sosioloji və psixoloji baxış bucağına, qərarlarına və düşüncələrinə təsir edə bilən sosial şəbəklərin əsas funksiyalarından  biri də yeni tanışlıqlar və ünsiyyət yaranmasında əsaslı rol oynamasıdır. 

Aparılan araşdırmalara görə, real həyatda özünü təsdiq edə bilməyən insanlar virtual aləmdə özlərini təsdiq etmək üçün müxtəlif yollara əl atırlar, əslində olmaq istəyib, amma  ola bilmədikləri mərtəbədə hiss etmək üçün müəyyən saxtakarlıqlara yol verməkdən çəkinmirlər. Daha dəqiq desəm, əksər insanlar real həyatda qura bilmədikləri sosial münasibətləri və öz balaca dünyalarının gedişatını məhz  sosial şəbəkələr üzərindən həyata keçirirlər. Təbii ki, hər bir insan sosial ünsiyyətə möhtacdır. Əksinin hansı fəsadlara yol açacağını söyləməyə ehtiyac da yoxdur. Bu baxımdan fərdin hansısa bir şəkildə öz ehtiyacını ödəmək istəyi başa düşüləndir. Lakin ehtiyaca görə hər addımı atmaq da doğru olmur. Əgər siz psixoloqlarla ünsiyyətdə olsanız, görəcəksiniz ki, neçə-neçə qızların həyatdan küsməyinə, depressiyaya girmələrinə səbəb internet vasitəsilə tanıdıqları insanlar olur. Belə ki, evli ola-ola, özünü subay oğlan kimi tanıdan şəxslərin sonradan gerçək ailə durumları ortaya çıxanda, bu həm ona inanan subay qız, həm də oğlanın öz ailəsi üçün mənəvi zərbə olur.

Real həyatdakı sosial ünsiyyətin pozulmasına səbəb olan  virtual ünsiyyətlər  bizə daha dəyərli nələrsə qazandıra bilirmi? 

Texnologiyanın əsiri olduğumuz indiki dövrdə internetin bəşəriyyətdə yaratdığı qlobal mədəniyyət nişanələri ürəkaçan hesab olunsa da, bu nişanələr zaman-zaman fərdlərin sosial münasibətlərində problemlər yarada bilir. Müşahidə eləməyi az-çox bacaran insan bu reallığı görməmiş deyil. Əgər son illərin dünya və ölkə üzrə boşanma səbəblərinə nəzər salsaq, görəcəyik ki, internet və sosial şəbəkələr bir çox ailələrin dağılmasına səbəb olub. 

ABŞ-da aparılan araşdırmaya görə,  hər 6 boşanmalardan birinin səbəbi internetdir. Yerli psixoloqlarımızın isə qənaətincə, ölkədə boşanmaların bu dərəcədə sürətlə artmasına səbəb insanların internet ucbatından  səbirsizləşməsi, həyati əhəmiyyətli qərarları verərkən düşünmək üçün özlərinə uzun zaman ayırmamasıdır. Reallıq isə ondan ibarətdir ki, insan övladının bu vəziyyətə gəlməsində günahkar elə insanların özüdür. Qurulan bir ailə sırf internetin vasitəçiliyinə görə dağılırsa və bu dağılmalar sürətlə artırsa, deməli, laqeydliyin zərbəsi daha ağır ola bilər. Ona görə də insanların texnologiyadan düzgün istifadəsi qaydaları mütləq təbliğ olunmalıdır.

Məsələn, adını unutduğum və yuxarıda qeyd etdiyim o, “bəy”in fikirlərinə uyğun yaşasaq, biz mənəvi dəyərlərin sürətlə boşluğa yuvarlanmasının şahidi ola bilərik. Və çox təəssüf ki, o  “bəy”in düşüncəsində olan yüzlərlə vətəndaşlarımız var. Cəmiyyətimizin əksər nümayəndələri  hələ də qadınları birmənalı şəkildə suçlamaqda, onlara kişinin hər səhvini dözüb qəbul etməyi  aşılamaqda davam edirlər. Əgər bir kişi günün çox hissəsini internetdə tanış olduqlarına ayırarsa və öz ailəsinə qarşı biganə olarsa, bu zaman qadına “qəbul etməlisən” demək absurddur. 

Onsuz da zaman keçdikcə ailə və mənəvi, mental dəyərlərin konkret olaraq nələrdən ibarət olduğunu aydınlaşdıra bilmirik. Qadınları deyil, cəmiyyətin mövcud halını tənqid eləmək daha ədalətli olmazdımı? Hər bir halda sosial ünsiyyətin əlçatan olması insanların vecsizləşməsinə, ailə dəyərlərinə zərər verə biləcək addımların  atılmasına zəmin yaratmamalıdır. Cəmiyyətmizdəki əsas qavrayış və davranış problemlərindən biri də, xəyanətə meylli tərəf kimi kişilərin qadınlara nisbətən daha üstün olduğunun iddia edilməsidir. Xəyanət məsələsində də paradoksluq var. Çünki sosial şəbəkələrdəki tanışlıqla hansısa kişi ailəsini dağıda, xəyanətkar ola bilər. Amma kişinin həyat yoldaşına xəyanət etdiyi şəxsin də elə qadın olduğunu nəzərə alsaq, bu halda məsələ çıxılmaza doğru gedir. Yəni, sırf kişini “asıb-kəsmək” də olmur.  

Kişilərin tərəfini tutmaq məqsədim yoxdur. Məncə, insanın nələrəsə əlinin çatması və sahib olduğu azadlıqdan sui-istifadə eləməsi yanlışdır. Ki, bəzi boşanmaların məhz internetə görə baş verməsi azadlıq və sərbəstlikdən düzgün istifadə edə bilməməyimizi göstərir. 

Ancaq onu da birmənalı şəkildə demək olmaz ki, sosial şəbəkələrdə olan hər bir şəxsin  tanımadığı və görmədiyi insanlarla  yazışması mütləq xəyanətdir. Əminəm ki, istənilən sosial şəbəkə istifadəçiləri özlərinə yaxşı dost, tanış qazana biliblər. Bu işin xəyanətə yol açması bəlkə də beyindən başlayır...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar