Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternat direktorlarının restoranda 2 milyonluq mənimsəmə davası - Qalmaqal


Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı xüsusi tipli İnternat məktəbində 1 milyon 800 min manatlıq yeyinti aşkarlanıb


Mənimsəmə faktı ilə bağlı 3 saylı xüsusi tipli internat məktəbinin direktoru Bahar Kərimova ilə 1 saylı internat məktəbin sabiq direktoru Tanrıverdi Əliyev arasında paytaxtın tanınmış restoranlarının birində dava-dalaş meydana çıxıb.

Təhsil Nazirliynin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinnin nəzdində fəaliyyət göstərən 3 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar  üçün xüsusi tipli İnternat məktəbində Maliyyə Nazirliynin həyata keçirdiyi yoxlama zamanı 2 milyona yaxın mənimsəmə faktə aşkarlanıb. Maliyyə yoxlaması 2010-2014-cü illəri əhatə edib və bu zaman 1 milyon 800 min manatlıq yeyinti aşkar edilib. Maliyyə yeyintisinin yerinin doldurulması ilə bağlı 3 saylı internat məktəbin direktoru Baha Kərimovaya vaxt verildiyi bildirilir.

Bu barədə məlumat yayan azgenc.az saytının yazdığına görə Bahar Kərimova mənimsənilən vəsaitin yerinin dolurulması üçün 1 saylı internat məktəbin sabiq direktoru Tanrıverdi Əliyevlə paytaxtın tanınmış restoranlarından birində görüşərək narşı tərəfdən külli miqdarda tələb edib. Qeyd edək ki, 1 saylı internat məktəbi 2 il əvvəl 3 saylı internat məktəbi ilə birləşdirilib və bu üzdən də Bahar Kərimova Tanrıverdi Əliyevdən mənimsəmələrə görə pul tələb edib. Bahar Kərimova tələbini bununla əsaslandırıb ki, yoxlama Tanrıverdi Əliyevin direktor olduğu iki ili də əhatə edib və buna görə də sabiq direktor mənimsədiyi pulları geri qaytarmalıdır. Saytın yazdığına görə Tanrıverdi Əliyev də öz növbəsində bildirib ki, o təhvil-təslim işlərini 2012-ci ildə həyata keçirib və hər şeyi Bahar Kərimovaya təhvil verib. Buna görə də heç bir şeyə görə məsuliyyət daşımır.

Saytın yaydığı məlumatda qeyd olunur ki, Bahar Kərimova əsəbiləşərək Tanrıverdi Əliyevdən yoxlamanı yola salmaq üçün ümumi məbləcin 1/5-ni tələb edib. Bundan sonra isə xanım direktor əsəblərini cilovlaya bilməyərək qarşısındakı stəkanı Tanrıverdi Əliyevə tullayıb və stəkan qarşı tərəfin başına dəyib. Restoranda qalxan dava-dalaş orda olan digər insanların diqqətini cəlb edib və bundan sonra Bahar Kərimova restoranı tərk edib. 

Qeyd edək ki, 3 saylı xüsusi tipli internat məktəbinin direktoru Bahar Kərimova Təhsil Nazirliynin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinnin müdiri Məlahət Hacıyevanın yaxın rəfiqəsi hesab olunur və bu iki xanım xaqqında mətbuatda davamlı olaraq korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunur. Hətta təhsil naziri Mikayıl Cabbarovun onu işdən azad edəcəyindən ehtiyat edən Məlahət Hacıyevanın rəfiqəsi Bahar Kərimovanı öz yerinə gətirmək istədiyi və bu y2olla çox saylı korrupsiya faktlarını ört-basdır etmək istədiyi haqqında da məlumat yayılmışdı.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar