Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnstitut direktorunun doktorluq işi saxta çıxdı


AAK sərt qərar verdi


AAK plagiatlıq faktını təsdiqlədi, Səhman Bayramov müdafiəyə buraxılmadı

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramova qarşı Arif Mehdiyevin sədri olduğu Ali Attestasiya Komissiyası (AAK) sərt qərar çıxarıb.

Bu barədə daxil olan məlumata görə, AAK-ın belə bir qərar verməsinin səbəb isə institut direktorunun doktorluq elmi işinin plagiat çıxması olub: «Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramovun doktorluq işi araşdırılıb və məlum olub ki, onun işi plagiatdır. Və bu səbəbdən də AAK-ın Rəyasət Heyəti nəinki bu elmi işin müdafiəsinin təşkil edilməsini dayandırmış, hətta bu işin təkrar müdafiə hüququ verilməsi belə qadağan edilib».

Bu haqda Prezident yanında AAK-ın Rəyasət Heyəti 12 aprel 2013-cü il tarixində rəsmi qərar verib. Qərarda açıq şəkildə yazılıb ki, «Prezident yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin 12.04.20I3-ciiil tarixli (protokol nömrə 8-R) iclasında Bayramov Səhman Yusif oğlunun «Azərbaycanda ev quşlarının qarışıq invaziyalarının yayılması, inkişaf dinamikası, müalicəsi və profilaktikası» mövzusunda 2429.01 – «Parazitologiya» ixtisasında baytarlıq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsinin təşkil edilməsi məsələsinə baxılmış, dissertasiya işində plagiat faktı aşkar olunduğu üçün müdafiənin təşkilindən imtina edilmiş və təqdim edilmiş mövzu üzrə iddiaçıya təkrar hüququ verilməməsi qərara alınmışdır».

 Göründüyü kimi, AAK institut direktoru haqda olduqca sərt qərar qəbul edib. Məsələnin ən maraqlı tərəfi budur ki, bu rəsmi qərar aprel ayından təsdiqlənsə də, nə institutun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyi yanında Elm Mərkəzi, nə də nazirliyin özü Səhman Bayramov haqda ciddi tədbirlərə əl atıb. Belə ki, öz işində açıq plagiatlığa yol verməklə saxtakarlıq etməsi təsdiqlənən Səhman Bayramov hələ də vəzifəsində saxlanılmaqla yanaşı, institutun elmi şurasına da sədrlik edir. Keçmiş nazir İsmət Abasovun bu saxtakarlığa göz yummasını bəlkə də anlamaq olardı, amma yeni nazir Heydər Əsədovun belə bir direktorla hələ də işləməsi yeni müəmmalara yol aça bilər. (mia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar