İnstaqramın fəaliyyəti məhdudlaşıb
PİA.AZ "Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda şəbəkəyə giriş çətinləşib və səhifələr açılmır.
Bəzi istifadəçilərin bildirdiyinə görə, hazırda Feysbukun messencerində də ağırlaşma yaşanır.
Hələlik problemlə bağlı şirkətdən rəsmi açıqlama verilməyib. Səbəb araşdırılır.
pia.az