Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanı tez qocaldan nədir? – Alimlərin tapdığı beş səbəb


"The İndependent" qəzetində Olivia Blair yazır ki, insanlar daha cavan görünmək üçün antiqırış kremlərinə, botoksa və saç transplantasiyalarına on minlərlə funt sterlinq pul xərcləyirlər, amma halbuki bunun ən ucuz, daha doğrusu havayı yolu düşüncə tərzimizi dəyişməzimiz ola bilər


Məqalədə deyilir ki, Nobel mükafatlı alim Elizabeth Blackburn və sağlamlıq psixoloqu Elissa Epel telomerlərin öyrənilməsinə illərlə vaxt sərf ediblər. Onların yenicə çapdan çıxmış müştərək kitabı "Telomer effekti: daha gənc, daha sağlam və daha uzun ömrə inqilabi yanaşma" (The Telomere Effect: A Revolutionary Approach to Living Younger, Healthier and Longer) adllanır. Bu kitabda söhbət insan beynindəki müəyyən fikirlərin telomerlərin qısalmasına təsirindən gedir. Telomerlərin qısalması isə sürətlə qocalmaya və erkən ölümə xidmət edir.

Bəs telomer nədir? Telomerlər bizim xromosomlarımızın uclarıdır. Onlar bir çox başqa faktorlarla yanaşı bizim necə yediyimiz, necə idman etdiyimiz barədə "qeydiyyat" aparırlar. Telomerlərin qısalması yaşlanma, ölüm və yaşlılıqla əlaqədar xəstəliklərə rəvac verir. Blackburn və Epel belə bir fikir irəli sürürlər ki, müəyyən düşüncə tərzləri telomerlərin qısalmasına səbəb olur.

Bunlardan birincisi "həyasız davakarlıqdır". Bu düşüncə tərzi hiddət, habelə başqa adamlara etinasızlığın və inamsızlığın qarışığından ibarətdir: "Davakar olan bəziləri yalnız düşünməklə qalmırlar. Onlar bunu hər addımda bəyan edirlər: "Mən baqqal dükanında növbəyə dayanmağa nifrət edirəm" və ya "Bu alıcını görürsən, özünü necə də məndən qabağa soxur?.." – deyə Blackburn izah edir. Alim deyir ki, həyasız davakar adamların ürək-damar xəstəliklərinə, metabolik pozuntulara məruz qaldıqları və erkən öldükləri artıq elmi cəhətdən sübut edilib.

Bizim telomerlərimizi qısaldan ikinci hiss pessimizm və ya bədbinlikdir. Blackburn və Epelin öz araşdırmaları göstərib ki, bədbinlik testlərində yüksək nəticə göstərənlər daha qısa telomerlərə malikdirlər və daha erkən ölürlər.

İnsana mənfi təsir göstərən üçüncü düşüncə tərzi mövcud problemləri beyində zaman-zaman, təkrar təkrar fırladıb "çürütməkdir". Belə düşüncə tərzinə malik insanlarda da telomerez prosesinin, yəni telomerlərin uzanmasının yavaşıdığı müşahidə olunub.

Dördüncü neqativ düşüncə tərzi, nə qədər qəribə səslənsə də, pis fikirləri və hissləri başdan atmaq cəhdləridir. Təcrübə göstərir ki, insan hər hansı hisslərdən xilas olmağa can atdıqca, bu hisslər və fikirlər onu daha çox girələyir. Bu vəziyyət də telomerləri qısaldır.

Nəhayət insanı vaxtsız qocaldıb erkən öldürən beşinci amil fikir və ya diqqət yayğınlığıdır. Fikir yayğınlığı insanın bir iş görərkən başqa bir şey haqıqnda düşünməsidir. Bu hiss bütün insanlara xasdır, amma bəzi peşələrdə, məsələn sürücülükdə qəzalara səbəb ola bilər.

Buna fikir dağınıqlığı da demək olar. Fikir yayğınlığı da telomerləri qısaldan faktordur.

Lakin müəlliflər əmindirlər ki, qocalmanı yavaşıtmaq, erkən ölümü uzağa itələmək mümkündür, çünki bu telomer dediklərinin qısaldıqları kimi uzanmaq xüsusiyyəti də var. Başlıcası fikir burulğanından çıxmaqdır. Mümkündürmü? (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar