Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnqilab, yoxsa seçki?...


Aysel Əlizadə yazır


Seçkinin bəlkə başqa xalqlar üçün nəsə ayrı bir anlamı var. Ancaq Azərbaycan xalqı seçkiyə inanmır. 


Əslində çox şeyə inanmır. M.F.Axundov “Dərviş Məstəli Şah”da avropalılarla bizim fərqimizi verib. Hətəmxan Ağa deyir: “Biz hər zada inanırıq, firənglər (avropalılar) heşzada inanmır”. Axundov bu tutuşdurmayla xalqın avamlığına, savadsızlığına işarə edirdi. Dünyagörüşü zəngin olan xalqları inandırmaq çətindi... 

On illərlə davam edən ədalətsizlik, saxtakarlıq Azərbaycan insanında dərin boşluq yaratdı – çox şeyə inam öldü. Proses davam edir - səhiyyəyə, təhsilə, tikintiyə inanmırıq. Yeni binalardan, yeni üzlüklərdən başımız aç çəkmədi. Polisə inanırıq? Məhkəmələrə necə? Hakimlərin ədalətli qərar verəcəyinə?..  

Bir xalqı bu qədər inamsız görmək kimə xoşdu, bilmirəm. Bildiyim bir şey var: bu, gerçək faciədi – milli faciə.

Yalnız bu inamsızlıq Axundovun nəzərdə tutduğu deyil. Fransız yazarı Anatol Fransın “Krenkebil” hekayəsində olduğu kimi, heçnəyin üstündə həbs olunan qoca göyərtisatanın   inamsızlığı kimidi. Haqqı tapdanan Krenkebil azadlığa çıxandan sonra insanların ona tənəli münasibətini görür və hər şeyə inamı itir – dövlətə, adamlara, doğrulara. Bu inamsızlıq onu öldürür. 

Noyabrın 1-i Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu günlər yazar marağıyla insanlardan seçki ilə bağlı fikirlərini öyrəndim. Müxtəlif rayonlardan olan seçicilərdən  deputatlarının kimliyini soruşdum. 

Adamlar millət vəkillərini tanımırlar. 

Adamlar demokratik seçki olacağına inanmırlar. 

Demokratik seçki seçicinin haqqı deməkdi. 

Seçici isə millətdi. O millət ki, onun vəkili olmaq üçün kimsə bütün vasitələrə əl atır. Necə ola bilər ki, bir yerin rəhbərisən, səni orda tanımırlar? Burda artıq məsuliyyəti xalqın üzərinə yıxmaq, “cahildi, passivdi” demək olmur. Ən savadlısı da, ən sadə adamı da tanımır deputatını. Seçici deputatını tanımırsa, bu, təkcə deputatın işləmədiyinə görə deyil, həm də seçicinin ona səs vermədiyinə görədi. Çünki gerçəkdən seçilən millət vəkili tanınır, işləməyə, insanların etimadını doğrulatmağa çalışır. Buna məcburdu. Əks halda seçici ona “səni mən bu yerə gətirdim” deyə bilər. Növbəti dəfə onu seçməz. 

Çörçil seçkini uduzanda “İngilis xalqı öz seçimini etdi. Mən bütün həyatım boyu bunun üçün çalışmışam” demişdi.  

Bizim gənc ölkə kimi çox yanlışlarımız oldu. Maddi-mənəvi planda çoxlu itki verdik. Dəyərli adamların, fantastik pulların qədrini bilmədik, qorumadıq. 

Hər kəsə Azərbaycanın böyük problemləri bəllidi. 

İndi “kim nəyi düz etmədi” sualının zamanı deyil. İndi “kim nə edə bilər?” sualının zamanıdı. İnsanları ədalətə inandırmaq, Azərbaycan xalqının özünə güvənini qaytarmaq, can verən ümidlərini diriltmək zamanıdı. Ölkənin yeni nəfəsə, yeni beyinlərə, aydın, sağlam, bəşəri düşüncəyə ehtiyacı var. Bu seçkilərdən hamımız birlikdə - hakimiyyət, xalq, müxalifət, ictimaiyyət, media, seçilənlər, seçənlər olaraq ləyaqətlə çıxmalıyıq. 

Niyə seçkiyə gedirik? Niyə əksər dairələrdə nəticələrin saxtalaşdırılacağını bilə-bilə namizədliyimizi veririk? Bu ölkənin yalnız seçkilərlə dəyişməsini istədiyimizdən. Seçki ilə baş verən dəyişikliyin, proqresin alternativi inqilabdı. Biz inqilab istəmirik. Çünki nəticəsindən asılı olmayaraq inqilab ölüm və xaos deməkdi.  

Bu şərtlərdə seçkiyə qatılmaq əslində həm də fədakarlıqdı. Bu fədakarlığa gedən hər kəsə uğurlu nəticə arzu edirik. Biz bu yolu seçirik. Siz də Seçin...  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar