Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərə kəşfiyyatı İranda MKİ-yə qarşı

:Avropa Yaxın Şərqdə Sayks-Piko düzənini saxlamaq mücadiləsinə girişib


Amerikanın “The Wall Street Journal” nəşrinin iddia etdiyi kimi, İran “hazırda Yaxın Şərq oyununun lap episentrinə düşüb”, amma əvvəlcə elə görünürdü ki, həm Rusiya, həm də ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD üzərində qələbəni elan etdikdən sonra əsas diqqət Səudiyyə Ərəbistanı şahzadəsi Muhəmməd ibn-Salmanın apardığı islahatlara və yaxud kral sarayının kral II Abdullaya ən yaxın çevrəsindən üç ən yüksəkməqamlı üzvü (hər üçü güc strukturlarına başçılıq edib) dərhal istefaya göndəriləndə İordaniyada dövlət çevrilişi cəhdinə yönələcək.  

Bu məsələ, necə deyərlər, qaranlıq işdir. Yalnız əvvəlcə ərəb, sonra isə Tehran KİV-lərinin təşkil etdiyi dolayı xassəli bəzi sızmalar İordaniyadakı hadisələrlə İrandakı etiraz çıxışları arasında müəyyən bağlılığın olduğu haqda nəticə çıxarmaq imkanı verir. Hər şeydən əvvəl göstərilir ki, İordaniya kralının devrilməsinin sifarişçisi kimi Səudiyyə Əərəbistanı və BƏƏ-nin varis şahzadələri çıxış edə bilər. İranın “Tehran Times” nəşri bununla bağlı iddia edir ki, İordaniya kral qvardiyasının komandiri Əli bin-Hüseyn bir vaxtlar Səddam Hüseyn devriləndən sonra İraqa başçılıq etmək iddiasında olub. II Abdullaya gəlincə, guya o, Suriya və Yəmən münaqişələrinə qarışmamaq mövqeyi tutmaqla ər-Riyad tərəfdən narazılıq doğurub.

Lakin çevriliş Britaniya kəşfiyyatının səyləri sayəsində pozulub, çünki görünür, London Vaşinqtondan fərqli olaraq “Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və BƏƏ-yə qarşı alyansları yenidən təşkil etməyə çalışır” və ər-Riyada qarşı Qətər-Türkiyə-İran blokuna istinad edir. Bu qayda ilə müəyyən güclər konspiroloji xarakterli versiyanı informasiya məkanına buraxaraq eyham vururlar ki, “britaniyalılar amerikalıları aparıblar” – özü də təkcə İordaniya yönündə deyil. Türkiyənin “Yeni Çağ” nəşrinin kəşfiyyatdakı qaynağa isnadən iddia etdiyi kimi, yüz il əvvəl olduğu kimi Yaxın Şərqdə sərhədlərin yenidən dəyişildiyi durumda Britaniya xüsusi xidmətlərinin işi gözədəyəcək şəkildə fəallaşıb: “Çağdaş “lourenslər” bu gün (Türkiyə daxil olmaqla) bütün Yaxın Şərqi dolaşır və xüsusi əməliyyatlar keçirirlər. Qərbin müxtəlif ölkələrindən özəl şirkətləri təmsil edən xüsusi təyinatlı döyüşçülər, özəl əməliyyatların istefaya getmiş iştirakçıları, kəşfiyyat qurumlarının üzvləri Yaxın Şərqə yeni görkəm verməyə səy edirlər”.

(Arayış: daha çox Lourens Ərəbistanlı kimi tanınmış Tomas Eduard Lourens (1888-1935) – 1916-1918-ci illərdə Osmanlı imperiyasına qarşı Böyük Ərəb Üsyanında mühüm rol oynamış Britaniya zabiti və səyyahıdır. “Müdrikliyin yeddi sütunu” memuarının müəllifidir. Həm Böyük Britaniyada, həm də Yaxın Şərqin bir sıra ərəb ölkələrində hərbi qəhrəman sayılır-tərc.)

Daha müasir “lourenslər” isə xeyli güclü və daha hazırlıqlıdırlar. MKİ direktoru Maykl Pompeonun Fox News telekanalının efirində “İranda etiraz aksiyalarını yekunlaşmış saymaq olmaz”, “iranlıların isə hakimiyyətə qarşı qiyam qaldırmağı davam etdirəcəkləri” haqda “gözlənilməz” bəyanatları bu kontekstdə məntiqli görünür. O, belə düşünür, yaxud bilir? Pompeonun MKİ-i etiraz aksiyalarına yardımda ittiham edən Tehranın bəyanatlarını rədd etdiyinə baxmayaraq  birincisinə inanmaq çətindir. İranda indiki etiraz hərəkatının “qəribə” özəllikləri var: aşkar liderlər yoxdur, zahirən mərkəzsizləşdirilmiş və öz-özünə qızışan etirazlar konkret tələblərlə deyil, ancaq ziddiyyətli iqtisadi və siyasi şüarlarla müşayiət olunur. Bu fonda ölkədə hakimiyyət uğrunda, ancaq pərdəarxası mübarizə aparılır. İran prezidenti Həsən Ruhani əvvəllər Vaşinqtonla tərəfdaşlığı istisna etməyib. Lakin elə həmin ABŞ etiraz edən iranlıların Ruhani hökumətinin onlara atəş açdığı durumla üzləşdirməklə onu pis vəziyyətdə qoyub.

İndi Britaniyanın bölgədəki oyunlarının cizgilərinə sığışan sıradakı faktlara diqqət yetirək. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskva ilə London arasında mürəkkəb münasibətlərin beş ili ərzində həmkarı Sergey Lavrovla danışıqlar üçün bu yaxınlarda ilk dəfə Rusiyada olub. Təəccüblü təsadüfdür: Britaniya kəşfiyyatı Consonun Moskva səfəri ərəfəsində “Ruslar qorxunc düşməndir, əməliyyatları o qədər ciddidir ki, Qərb xidmətləri onlara tay gəlməz” iddialarıyla dolu məruzə dərc edib.

Bəzi məlumatlara görə, Britaniya XİN başçısı danışıqlar zamanı İranı da nəzərdə tutmaqla Yaxın Şərqdəki “həssas” deyilən problemləri də müzakirə edib və başa düşür ki, Rusiya orada əlini yanına qoyub oturmayıb. Rəsmi məlumatlarda deyildiyi kimi, Conson Londonun “nüvə dosyesi” üzrə sazişi saxlamaq arzusunu ifadə edib. Bu cür formulun arxasında çox şey durur. Həm də 2018-ci il futbol üzrə dünya çempionatının astanasında terrorizmlə mübarizə planında iki ölkənin xüsusi xidmətlərinin əməkdaşlığının təzələnməsi imkanı haqda deyil.

Bəli, qitə Avropası da ABŞ prezidenti Donald Trampın İranda rejimi dəyişmək çağırışlarına Vaşinqtonda gözlənildiyi kimi reaksiya verməyib. Paris və Berlin İrandakı antihökumət çıxışlarını “son doqquz ildə ən irimiqyaslı” kimi qəbul edərək eyham vurub ki, “Trampın hərəkətlərini xeyirdən çox ziyan gətirən hesab edir və ölkədəki etirazların xaricdən təşkil olunduğunu iddia etməkdə Tehrana əsaslar verir”.

“Deutsche Welle” bununla bağlı hesab edir ki, “İranın bu cür iddiaları münbit zəminə düşür”, çünki demokartik seçilmiş baş nazir Məhəmməd Müsəddiqin devrilməsilə nəticələnən 1953-cü il dövlət çevrilişinin təşkilində Amerika xüsusi xidmətlərinin hansı rol oynadığını Tehranda yaxşı xatırlayırlar. Yeri gəlmişkən, MKİ-ninn həmin qiyamda əli olduğunu təsdiqləyən sənədlər 2013-cü ildə Amerikada ilk dəfə dərc edilib.

Görünür, Avropa “ayılıb” və Trampın car çəkdiyi Amerikanın Yaxın Şərq siyasətinin prinsiplərinə tənqidi münasibəti haqda eyham vurub. ABŞ Konqresi yanvarın 10-da Tehrana qarşı iqtisadi sanksiyaların təzələnməsi haqda qanun layihəsini nəzərdən keçirəcək. Tramp nüvə proqramı üzrə İranla saziş bağlayan digər beş ölkənin liderlərindən fərqli olaraq 2017-ci ilin oktyabrında Tehranın sazişə əməl etdiyini təsdiqləməkdən imtina edib və yeni məhdudiyyətlər haqda qərar qəbul edilməsi üçün Konqresə iki ay vaxt verib. Bu müddət dekabrn 12-də bitib, amma qanunvericilər sanksiyaları təzələməkdən imtina ediblər – müəyyən qədər Avropa ölkələri tərəfindən basqılar sayəsində. Avropa Birliyi ölkədə “antihökumət çıxışları”na toxunan müzakirələr aparmaq üçün İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi dəvət etməyə hazırlaşır. Bunu Almaniya XİN başçısı Ziqmar Qabriel bildirib. O bu zaman qeyd edib ki, “Berlin dünya birliyini İran hökumətini əvəzləmək uğrunda çıxış edən Trampın ardınca getməyəcək”.

Bu dəfə nə olacaq?

Stanislav Tarasov

regnum.ru, 08.01.2018

Tərcümə Strateq.az-ındır.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar