"Monako"nun sol cinah müdafiəçisi Benjamen Mendi "Mançester Siti"nin maraq dairəsinə düşüb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, "Siti" 22 yaşlı futbolçuya görə 35 milyon avro ödəməyə hazırdır.
Onun Qael Klişini əvəzləməsi planlaşdırılır. "Arsenal" da onu transfer etmək fikrindədir. Mendi "Marseille"dən "Monako" klubuna 15 milyon avroya transfer olunmuşdu.
pia.az