Xəbər xətti

20 YANVAR

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib

10:29 Qızıl 4 dollara yaxın bahalaşıb

10:24 İstifadəçilərin söhbətlərini dinləyən casus proqramı aşkarlandı

10:20 ABŞ-da hökumətin fəaliyyəti dayanıb

10:15 Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

10:10 Bakının mərkəzində tarixi yaşayış binası yanır - Yenilənib

10:05 Atəşkəs 132 dəfə pozulub

10:00 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:59 Roma Papası göydə nikah kəsdi - Video

0:47 Antonio Banderas məşhur rəssamın rolunda

0:34 İlin ən innovativ şirkətləri bəlli oldu

0:21 Dino Ndlovu rəsmən Çin klubunda

0:13 NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 YANVAR

23:59 Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib - iki yaralı

23:54 Azərbaycan xalqının 20 yanvar imtahanından 28 il keçdi

23:48 Fransa hərbi xərclərini artırdı

23:41 Azərbaycan neftinin son qiyməti

23:35 Sergey Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsi xəbərini təkzib edib

23:29 Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

23:22 Salyanda evdən 3 kilo narkotik aşkarlandı

23:15 Belçikada miqrantlar polisə hücum etdi

23:09 Erməni deputat: “Sarkisyanı devirməyə hazıram”

23:01 Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - İddia

22:54 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

22:47 Bakıdakı qəzada yaralananların kimliyi məlum oldu

22:40 Meksikada güclü zəlzələ

22:33 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

22:25 Musa Musayev saxlanıldı

22:19 Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

22:11 Hövsanda zəncirvari yol qəzası baş verib

22:03 Mübariz Mənsimovun daha bir tankeri həbs olundu

21:55 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

21:48 Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

21:44 Dövlət İdarəçilik Akademiyasında faciənin 28-ci ildönümü qeyd edilib

21:40 İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur

21:33 Fazil Məmmədovun ətrafında müəmmalı sükut

21:26 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

21:18 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

21:10 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

21:02 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

20:56 “Sobesendik” qəzetinin yaradıcısı - azərbaycanlı jurnalist vəfat edib

20:49 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

20:41 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:34 Odessada atışma - Ölən var

20:26 Pele xəstəxanaya yerləşdirildi

20:19 Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

20:11 10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

20:04 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

19:57 Politoloq: “Hazırda Sarkisyanın bütün siyasi gedişləri...”

19:50 Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

19:43 “Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov

19:36 “Silahlı Qüvvələr haqqında” qanun qüvvəyə mindi - Fərman

19:29 Bakı metrosunda qatar tuneldə qalıb

19:22 Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

19:15 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

19:09 Ermənistanın xarici borcu rekord səviyyədə artdı

19:01 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

18:54 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

18:48 Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir

18:41 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

18:34 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib - Video

18:27 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:20 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:12 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

18:06 Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”

18:05 “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

18:00 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

17:54 “Barselona”da növbəti müqavilə

17:49 Dilimizin utanc gətirən sözləri

17:43 Binəli Yıldırım Türkiyənin məqsədini açıqladı

17:36 YAP üzvlərinin sayı açıqlanıb

17:34 İcra başçısı 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüşdü

17:30 Baş prokuror Qobustanda vətəndaşları qəbul edib

17:24 Türkiyəli general: “Türkiyə Afrinə təcili hərbi əməliyyat təşkil etməlidir”

17:20 Belçikada miqrantlar polisə hücum etdilər

17:16 “10 dollara almırlar, ancaq 50 dollara satırlar” - Gömrük şefi

17:11 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:06 Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

17:01 Oğlu Brilliant Dadaşovanı özündən çıxardı: “Tərbiyəsiz...”

16:56 YAP-ın 8 milyon gəliri olub

16:51 Rusiya hərbçilərini Suriyanın Afrin rayonundan çıxarır

16:46 Biznesi başına bəla olan millət vəkili hədəfdə - Təfərrüat

16:41 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:36 “Bu aləmdən uzağam, Rövşənlə bir şəklim də yoxdur”

16:31 Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

16:26 Hərbi qulluqçumuz şəhid olub

16:21 20 Yanvar faciəsinin il dönümü qeyd olunub - Nəsimi rayonunda

16:16 21 yaşlı gənc qız üstündə bıçaqlandı

16:11 Qazaxda iki top mərmisi tapıldı

16:06 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:01 “Bu, mənim öz sirlərimdir” - Xatun

15:56 Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

15:51 Qazaxıstandakı dəhşətli avtobus faciəsinin səbəbi açıqlandı

15:46 Alişanla sevgilisinin toy tarixi açıqlandı

15:40 “Apple” “ağıllı” diş fırçası yaratdı

15:36 “Anam mənə inanmırdı” - Niyam

15:31 Pul veriləcək TV-lərin adları açıqlandı

15:25 “Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”

15:20 Lənkəranskinin qardaşı bəraət aldı - Fotofakt

15:14 “Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

15:10 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

15:05 AVRO-2024: Türkiyə loqo və şüarı açıqlayıb

15:00 Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik

14:55 Qulyabani: Tam fərqli bir film

14:51 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

13:30 ABŞ-ın yeni PKK planının arxasında nələr gizlənir?

13:25 “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

13:20 DİN Bakıda banka basqınla bağlı məlumat yaydı

13:15 Azərbaycanın ilk Nahidi öldü

13:11 Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə

13:07 Bakıda 20 yaşlı qız dəm qazından boğulub

13:03 20 Yanvar günü hava necə olacaq?



CƏMİYYƏT

...

İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb

Tarix 12.01.18, 9:56

Font ölçüsü : - / +
bitmap-img6


Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir


Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də APA-ya açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: "Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.

Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük.  Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir.  Virus artdığı üçün bu xəstəliklər də artır".

Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız  formada qeydə alınır: "Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır.

Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər.  Ağrının olmasını gözləməməlidirlər".

F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: "İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar.

Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar".

Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.

Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova  bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.

İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır: "İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir.

İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.

İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir. Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər".

İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: "Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür,  ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir.

Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin,  ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı həm hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir.

İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır: "Piyada gəzmək lazımdır, daha çox meyvə tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur".

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Cabbarov yeni departament yaratdı - Sabiq bankir baş direktor təyin edildi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru