Xəbər xətti

26 MAY

18:06 Moskvada vandal məşhur rəsmə zərər vurub

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir

11:58 Bu dəfə o, təcavüzdə ittiham edilir

11:52 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb

11:46 ““Liverpul”la şanslarımız bərabərdi” - Zidan

11:40 Putin dünya çempionatındakı favoritini açıqladı

11:34 Əməkdar artist İlhamə Quliyevanı parodiya etdi - Video

11:28 Ölkəmizdə elektron ticarətin inkişafı ləngiyir: çıxış yolu nədir?

11:22 Azərbaycanla Avropa İttifaqı arasında miqrasiya məsələləri müzakirə olunub

11:16 Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü

11:12 Ərdoğan Qarabağ məsələsini Seçki Bəyannəməsinə daxil etdi

11:10 Ov mövsümü başladı - Nazirlik siyahını açıqladı

11:04 Neft ucuzlaşıb

10:59 “Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər” – Putin

10:53 Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı

10:50 Tramp Bakıdan donos yazan diplomata vəzifə verir

10:47 Tramp fikrini dəyişdi: 12 iyunda görüş baş tuta bilər

10:41 “Təhsilimizin ən ciddi problemlərindən biri də təhsildən yayınmadır” – Ekspert

10:35 Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

10:29 Rüfət Aslanlının bir səlahiyyəti də əlindən alındı

10:23 Abidinin abinin, mister Tasderin həyat hekayəti

10:17 Yük maşını aşıb – İki nəfər ölüb

10:11 “Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək” - Putin

10:05 Cəbhədə son vəziyyət

10:00 Bu gün Çempionlar Liqasının final matçı keçiriləcək

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı



CƏMİYYƏT

...

İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb - Araşdırma

Tarix 11.01.18, 14:51

Font ölçüsü : - / +
bitmap-img6

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir


Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də APA-ya açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: “Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.

Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük.  Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir.  Virus artdığı üçün bu xəstəliklər də artır”.

Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız  formada qeydə alınır: “Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır.

Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər.  Ağrının olmasını gözləməməlidirlər”.

F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: “İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar.

Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar”.

Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.

Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova  bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.

İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır: “İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir.

İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.

İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir. Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.

İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: “Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür,  ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir.

Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin,  ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı həm hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir.

İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır: “Piyada gəzmək lazımdır, daha çox meyvə tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru