Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndoneziya Trampın biznes partnyoruna səyahət etməyi qadağan etdi


İndoneziya rəhbərliyi böyük iş adamı və siyasətçi Hari Tanoesoedibjoya səyahət etməyi qadağan edib. Buna səbəb onun prokuroru təhdid edən mesajı olub. Məşhur iş adamı ABŞ prezidenti Donald Trumpın biznes partnyorlarından biridir. O, “Trump” otelləri tərəfindən idarə olunan tətil yerləri tikir.


Musavat.com Reuters-ə istinadən xəbər verir ki, İmmiqrasiya direktorluğundan verilən məlumata görə, Tanoesoedibjo iyunun 22-dən etibarən 20 gün müddətində ölkəni tərk edə bilməz.

Təhqiqatı aparan Aqunq Sampurno polis idarəsi məlumat verib ki, indoneziyalı milyarder informasiya və elektronik alış-veriş qanununu pozduğuna görə barəsində cinayət işi açılıb. O, “MNC Group” şirkətlər qrupunu idarə edir. Şirkət mediadan tutmuş daşınmaz əmlaka qədər bir sıra işlərlə məşğuldur. Hazırda “MNC Group” şirkətinə əvvəllər məxsus olmuş “Mobile 8” telekommunikasiya şirkəti barəsində cinayət araşdırması aparılır. İddialara görə, iş adamı bu işin təhqiqatını aparan prokurora təhdid mesajı göndərib.

Tanoesoedibjonun hüquqşünası ittihamları rədd edərək bildirib ki, onun mesajı ümumi xarakter daşıyıb və heç kimi təhdid etməyi hədəfləməyib.

İş adamı mediada gedən xəbərləri də təkzib edib. Qanunu pozmaq 4 ilə qədər həbs cəzası və yaxud 56 000 dollar cərimə ödəməsinə gətirib çıxaracaq.

Tanoesoedibjo 2014-cü ildə keçirilən seçkilərdə vitse-prezidentliyə namizəd olub. 2015-ci ildə özünün partiyasını qurub və bu ilin sonuna qədər isə 2019-cu il seçkilərində iştirak edib-etməyəcəyini elan edəcək.

O, Trampın qələbəsini siyasi təcrübəsi olmayan namizədlər üçün stimulverici adlandırıb və Trampın inaqurasiyasında iştirak edib.

Hazırda Tanoesoedibjonun şirkəti İndoneziyanın Bali və Qərbi Yava adasında iki istirahət mərkəzi tikir və “Trump” hotelləri tərəfindən idarə olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar