Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahandan keçə bilməyən müəllimlər iş yerini itirəcək


2015-ci ildən başlayaraq, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir


Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.

2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanl bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.

Digər bir məqam  müəllimlərin işə qəbulunun  yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul hallarına qarşı mübarizə aparır.

Orta məktəb dərslikləri əsasında tərtib olunmuş diaqnostik qiymətləndirmə sualları o qədər də mürəkkəb quruluşa malik deyil. Orta məktəb səviyyəsindədir. Normal  biliyə sahib olan müəllim qiymətləndirmədə qənaətbəxş nəticə əldə edir.

60 sualdan ibarət olan testlərin cəmi 10-na cavab vermək kifayət edir ki, diaqnostik qiymətləndirmədən keçə biləsən. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

2017-ci ildə də müəllimlərin bölgələr üzrə diaqnostik qiymətləndirilməsinə start verilib.  Amma bu dəfə fərqli qaydaların olması gözlənilir. 

Modern.az-a verilən məlumata görə, builki diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllim növbəti tədris ilindən  məktəblərdə dərs demək şansını itirəcək.

2017-ci ilin diaqnostik qiymətləndirməsi belə deməyə əsas verir ki, bir çox müəllimlər illərlə çalışdığı məktəbdən ayrılmalı olacaq. Əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmə müəllimlərə əlavə şans verirdisə, bu ilki qiymətləndirmə  bu şansı sıfıra endirəcək.

Hər halda, builki diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin bilik və bacarıqları hansı səviyyədə olması  imtahanlar  zamanı ortaya çıxacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar