Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahan Mərkəzi İctimai Şura yaradır


DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə İctimai Şura yaradır.


Teleqraf.com xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İctimai Şuranın üzvləri DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacaq: "Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub [email protected]ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödəniş verilmir`.
 
DİM sədri deyib ki, mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirilir və üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün  imtahanlar aprel ayında keçiriləcək:
 
"l mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur. Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq”.

M.Abbaszadə bildirib ki, sabah ölkədə keçiriləcək buraxılış imtahanlarında təkcə test sualları yox, yeni növ tapşırıqlar misallar təqim olunub: "Valideynlər və ictimaiyyət nümayəndələri bizə suallar öyrənirlər və məlum olur ki onlar üçün bu imtahanın məzmunu ilə bağlı çox şey qeyri müəyyəndir. Bu imtahanlarda açıq suallarla bağlı yanaşmaları cəmiyyət qəbul etməyib. İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar