Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovun məhkəmə işində mühüm gəlişmə


Kasasiya və apelyasiya instansiyalarının qərarları ləğv edildi; Fuad Ağayev: “İlqar çoxdan azadlıqda olmalı idi”


Həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovun işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu barədə iyunun 30-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının icrasına baxan Ali Məhkəmənin Plenumu qərar çıxarıb. Plenum kasasiya və apelyasiya instansiyalarının qərarını da ləğv edib.

Qeyd edək ki, bundan öncə bir dəfə də Ali Məhkəmə bu tipli qərar çıxarmış, vicdan məhbusunun işi Şəki Apelyasiya Məhkəməsinə qaytarılmış, lakin məhkəmə onun barəsində əvvəlki qərarı qüvvədə saxlamışdı. İndi isə necə bir qərarın veriləcəyi suallar doğurur.

AİHM-in REAL rəhbərinin azad olunması ilə bağlı iki qərarı var. İ.Məmmədovla bağlı Azərbaycan hökumətinə verilən sonuncu vaxt iyunun 5-də bitib.

İ.Məmmədovun vəkili Fuad Ağayev çıxarılan qərarla bağlı bunları dedi: “Əslində İlqar çoxdan azadlıqda olmalı idi. Heç olmasa plenum səviyyəsində bu məsələ həll olunardı. İş üzrə bütün qərarlar, o cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilməli idi. Təəssüflər olsun ki, Ali Məhkəmə bunları etməyib. İlqarın qeyri-müəyyən müddətdə həbsdə qalma müddəti uzadılır. Bundan sonra onun təhlükəsizliyinin təminatı məsələlərinə də diqqət etmək lazım gələcək”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında İ.Məmmədovla bağlı Ali Məhkəmənin Plenumunun bu qərarının gözlənilən olduğunu söylədi: “Azərbaycan hökuməti Avropa Məhkəməsinə cavab verməli idi. Bu cavab da plenumun iclası ilə verilirdi. Belə bir iclasın keçirildiyi haqqında biz sonradan xəbər tutduq. Həmin iclasda vəkili və İlqar Məmmədov iştirak etməyib. İlkin məhkəmə qərarları ləğv edilib. Bunun ləğvinin özü pozitivdir. Bu o deməkdir ki, İlqar Məmmədovun məhkum olunduğu ilkin məhkəmə qərarları səhv olub. Ali Məhkəmənin Plenumu bunu etiraf edib. Qərarın neqativ tərəfi odur ki, iş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb. Hansı ki, o məhkəmə iki dəfə bu işə baxıb və hər iki iclasda qərarı qüvvədə saxlayıb. İki dəfə qərarı qüvvədə saxlayan məhkəmənin üçüncü dəfə fərqli qərar qəbul etməsi məntiqsiz görünür. Əslində bu amil ümidləri bir qədər azaldır. Lakin İlqar Məmmədovla bağlı qərarların siyasi olduğu heç kəsdə şübhə doğurmur.

Məhkəmə deyil, siyasi qərarla onun ya azadlığa çıxacağı, ya da həbsdə qalacağı müəyyən ediləcək. Amma ən azından bizdə müəyyən ümidlər yaranıb ki, əvvəlki qərarların səhv olduğunu qəbul edib onu ləğv edən Ali Məhkəmənin Plenumunun bu qərarı Şəki Apelyasiya Məhkəməsinin səhvlərdən nəticə çıxarmasına səbəb olacaq və İlqar Məmmədov barəsində, nəhayət, ədalətli qərarın şahidi olacağıq. İlqarın azadlığa çıxmasına cəmi 1 il yarım qalır. 7 illik cəzanın böyük bir hissəsini çəkib. Şəki Məhkəməsi bunu nəzərə alıb, cəzanın çəkilmiş hissəsini qeyd edib, azadlığa buraxılma qərarı da çıxara bilər. Hər bir ehtimal, açığı, masanın üzərindədir. Hazırda İlqar Məmmədovun yenidən Şəkiyə aparılması, məhkəmənin Şəkidə keçirilməsi, onun təminatı ilə bağlı problemlərin yaşanması gündəmə gəlib. Şəkiyə tez-tez gedib gəlmək lazım gələcək. Bu da müəyyən çətinliklər yaradacaq. Ən azından ümid etmək istəyirəm ki, Ali Məhkəmənin Plenumunun bu qərarından istifadə edərək, Şəki Məhkəməsi daha ədalətli qərar verəcək, nəhayət ki, İlqar Məmmədov müəmması çözüləcək. Bu problem Azərbaycan-Avropa əlaqələrinə çox ciddi zərbə vurur. Dövlətin maraqlarına da ciddi zərbələr dəyir. Hökumət, nəhayət, anlamalıdır ki, bir şəxsə görə Avropa ilə əlaqələri qəlizləşdirmək olmaz. Ümid edirəm ki, yaxın 1-2 ayda bu məsələyə baxılacaq və pozitiv qərar veriləcək. Prosedur qaydalarına baxsaq belə bu işə baxılma müddətinin bir neçə ay uzadılması qaçılmazdır. Çünki qərarın Şəki Məhkəməsinə çatması, İlqarın 2 saylı cəzaçəkmə müəssisəsindən Şəkiyə aparılması ən azı bir ay çəkəcək. Ondan sonra işin vaxtı təyin olunacaq. İlkin baxışdan sonra məhkəmə istintaqının aparılması barədə qərar veriləcək. Hər şey verilmiş qərarın hansı yöndə olacağından asılı olacaq. Bu, yaxın bir ayda da həll oluna bilər, bir neçə ay da uzanma ehtimalı var”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Ali Məhkəmə Avropa Məhkəməsinin qərarı əsasında İlqar Məmmədovla bağlı birinci instansiyanın verdiyi qərarı ləğv edib, işi Şəki Apelyasiya Məhkəməsinə göndərib. 2017-ci ildə AŞ PA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar