Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ReAl Partiyasının lideri İlqar Məmmədovun işi üzrə ikinci qərarın icrası üçün verdiyi müddət iyunun 5-də başa çatır


Amma hələlik Azərbaycan hökumətinin bu istiqamətdə hansı addımları atdığı və hakimiyyətin onu həbsdən azad etmək niyyətinin olub-olmadığı məlum deyil.

Azərbaycanda yaranmış təcrübəyə əsasən, AİHM-nin cinayət işləri üzrə qərarları Azərbaycan Ali Məhkəməsinin Plenumu tərəfindən icra olunur. Ali Məhkəmədən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Ali Məhkəməinin mətbuat xidmətindən bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur.

Ali Məhkəmənin hakimi – cinayət işləri üzrə kollegiyanın spikeri Fərhad Kərimov da Məmmədovun işinin daxil olması barədə məlumata malik olmadığını və onunla bağlı iyunun 5-nə qədər məhkəmə plenumunun iclasının keçirilib-keçirilməyəcəyini bilmədiyini deyib.

Bu, AİHM-nin Məmmədovun işi üzrə ikinci qərarıdır və ona qarşı mahiyyəti üzrə cinayət işinə və 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmə aiddir. Məmmədov kütləvi iğtişaşların təşkilində və polisə qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinib.

AİHM bu iş üzrə qərarı 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 6-da qüvvəyə minib. AİHM Məmmədovun ədalətli məhkəmə iclası hüququnun pozulduğunu tanıyıb.

AİHM-nin hələ 2014-cü ildə qəbul etdiyi birinci qərarında Məmmədovun məhkəmədən əvvəl həbsinin qanunauyğun olmadığını və cinayət təqibinin siyasi motivli olduğu qənaətinə gəlib. Azərbaycan hökuməti bu qərarı yerinə yetirməyib. Bununla əlaqədar AİHM Nazirlər Komitəsi xüsusi prosedur başlayıb və nəticədə AİHM Böyük Palatası Azərbaycana qarşı sanksiyalar qəbul edə bilər. (Amerikanın Səsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar