Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov azad ediləcəkmi?


Avropa məhkəməsinin verdiyi vaxt başa çatdı


REAL sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə verdiyi son vaxt iyunun 5-də bitib.

 REAL Partiyası yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

Bildirilir ki, ötən ilin noyabrında çıxarılan və cari ilin martında qüvvəyə minən qərar hələ də icra olunmur. Son üç ayda Ali Məhkəmənin plenumunun çağırılacağı və vicdan məhbusunun azad ediləcəyi gözlənilirdi. Lakin bu gözləntilər doğrulmadı.

“Üç həftədir Ali Məhkəməyə bu məsələ ilə bağlı göndərilən sorğu cavablandırılmır. Sual ondan ibarətdir ki, İlqar Məmmədovun barəsində Avropa Məhkəməsinin ikinci qərarı Ali Məhkəməyə daxil olubmu və olubsa plenumun keçirilməsi nə vaxta planlaşdırılır” deyə,  REAL Partiyasının yaydığı məlumatda bildirilir.

İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında bundan sonra beynəlxalq hüququn verdiyi bütün imkanlardan bəhrələnəcəyini bildirdi: “Əvvəlki kimi hüquqlarımızdan istifadə edəcəyik. İlk növbədə, Avropa Şurası Nazirlər Komitəsinə məhkəmə qərarının icra olunmaması ilə bağlı müraciət göndərəcəyik. Komitənin bundan sonra hansı addımlar atacağı artıq bizlik deyil. Son dəfə İlqar Məmmədovla ötən həftə görüşmüşəm. O zaman vaxt hələ bitməmişdi.

İndi İlqar Məmmədovun Avropa Məhkəməsinin qərarının icra olunmamasına hansı mövqeyi sərgilədiyini təsəvvür  etmək elə də çətin deyil. Xarici vəkil Avropa Məhkəməsi ilə bağlı mənimlə birlikdə zəruri hərəkətləri edir. Yazışmaları hazırlayıb aidiyyəti qurumlara göndəririk. Adi qaydada işlərimizi aparırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar