Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk kitabımın kədəri

Qəşəm Nəcəfzadə yazır


Universiteti bitirib gəldim kəndə. Elə bil, arzularımın üstündən xətt çəkildi. Çünki mənim gələcək ideyalarımın hamısı şəhərlə bağlı idi. İlk kitab, tələbə yataqxanalarında görüşlər, radio və televiziya, oxucu məktubları və sair, hamısı qaldı uzaqda.  
 
Şəhərdə qalmaq, qeydiyyata düşmək, iş tapmaq  çox çətin məsələ  idi. Şəhər geyimlərim:  ağ şalvar, cins köynək, hündürdaban ayaqqabı kənd üçün gülməli idi.  Kənddə ayda iki dəfə naxıra  gedirdim (buna mal növbəsi deyirlər), ağ şalvar, cins köynəklə naxır otarmaq arzularımın intiharı idi.
 
Tək bir arzu məni xilas eləyirdi. Dost-tanışa, tanıyana-bilənə deyirdim ki, bu ay  kitabım çıxacaq. Hamı deyirdi ki, müəllim, o kitabdan birini mənə verərsən.  Kənddəkilərin də  gözləməkdən və nəyisə soruşmaqdan (o da qalmış şəhər ola) ayrı üş-gücləri yoxdur. Hər dəfə soruşurdular, müəllim, ta nooldu, kitabın çıxmadı?! Kitab da aydan-aya, ildən-ilə gecikirdi. Bütün  arzularım, ürəyim, hiss və duyğularım o kitabdan asılmışdı. Hətta belə misralar yazmışdım:  “Kitabım çıxacaq, canım çıxacaq”  və yaxud “məni unudan qız, bəlkə illərlə, onu çantasında gəzdirəcəkdi”.
 
Hər il “Yazıçı” nəşriyyatı  on gənc şairin kitabını buraxırdı. Bu il onlardan biri mən olacaqdım. İş o yerə çatdı ki, kolxoz sədri də kitab məsələsi ilə maraqlandı. Günlərin bir günü iri qarnını irəli verib dedi ki, müəllim eşitdim kitabın çıxacaq, məndən bir poema yaz, qoy o kitabda çıxsın. Mən də  yarı könül “yaxşı”  dedim. 
 
Yenə beş-altı  ay keçdi, kitabın çapından  xəbər-ətər  yox. Belə olan halda  sədr   kolxoz iclasında deyirmiş ki, müəllim (yəni mən) yalan deyir, kitabı-zadı çıxmayacaq. Kitabı  çıxan adam  gəlib  kənddə  naxır otarmaz, gedər oturar şəhərdə.
 
Günlərin bir günü  Bakıdan  xəbər gəldi ki, kitabın çıxıb, gəl siqnal nüsxəsini apar. Sevincimdən dəli oldum. Bir-iki gün gecikdim ki, qoy bu sevinc hissini doyunca yaşayım, inanmayanları inandırım. Əslində, yol pulum  yox idi.  Bunu açıb-ağartmırdım. Ayın başına az qalırdı.  
 
Ən nəhayət, maaşımı (barı maaş da maaş ola) aldım, naxır növbəmi  yola verdim, qar yağa-yağa çıxdım Bakıya. “Yazıçı” nəşriyyatında mənə dedilər ki, get “Qızıl şərq” mətbəəsinə.  Çətinliklə oranı tapdım. Ordan da dedilər ki, Sumqayıtda bir mətbəə var, kitabın orda çıxır.
 
Mən o vaxt Bakını yaxşı tanımırdım, üstəlik də Sumqayıt ola. Sumqayıt hara, mən hara? Ömür boyu  Sumqayıta getməmişəm.  Bir yandan da bu qar. Taksinin canı sağ olsun,  Sumqayıta yetişdim.
 
Cəmi siqnal  nüsxəsi kimi mənə  beş kitab verdilər.  Kitabları bükdüm qəzetə. Taksidə bəlkə də, yüz dəfə o bükülünü açıb  yenə bökürdüm. Kitaba baxmaqdan doymurdum. Məsələni  taksi sürücüsünə də açdım, o da  yol pulunu bir az qaldırdı. Artıq ilk zərbəni aldım. Bu yol pulu rayona getmək yol pulunun  başına daş saldı. Sevincək  Dəmiryol  vağzalında maşından düşdüm.
 
O vaxt  vağzalda  tramvay işləyirdi.  Külək az qala adamı yıxırdı. Yol pulu dərdini unutmaq üçün istədim kitablara bir də baxam. Elə bu zaman külək əlimdən kitabları alıb tramvayın təkərlərinin altına atdı. Mən parça-parça olmuş kitabları  relslərin arasını yığılmış suyun içindən çıxardım. Kənara çəkilib  parçaları  bir yerə topladım. Bu kitablar heç kəsə göstəriləsi deyildi. Kənddə getməyə utanırdım.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar