Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk devalvasiyadan ötən 2 il ərzində dollar 121% bahalaşıb


Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib


“Report” xəbər verir ki, ilk devalvasiya qərarından sonra dolların rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 AZN/USD səviyyəsindən 1,0500 AZN/USD-yə, həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 AZN/USD-yə çatıb.

 Son 14 ay ərzində dolların məzənnəsində artım tempi davam edib və bu göstərici 12% təşkil edib. Xatırladaq ki, son 14 ayda rəsmi məzənnə 2016-cı il mayın 25-də 1,49 AZN/USD səviyyəsinə enərək ən minimal həddə, 2017-ci il fevralın 1-də isə 1,92 AZN/USD səviyyəsinə yüksələrək ən maksimal həddə çatıb.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.

“Report”un analitik qrupu qeyd edir ki, manatın devalvasiyasına səbəb qlobal əmtəə bazarlarında neftin 120 dollar/bareldən 55 dollar/barelə qədər kəskin ucuzlaşması olub. Nəticədə, Azərbaycanın ixrac gəlirləri kəskin azalıb və tədiyyə balansında yaranan iri həcmdə mənfi saldo dolların məzənnəsinin artırılmasını qaçılmaz edib. Daha sonra isə neftin qiymətində ucuzlaşmanın ikinci dalğası baş verib və qiymətlər 65 dollar/bareldən 30 dollar/barelə qədər azalma göstərib ki, bu da növbəti devalvasiyaya səbəb olub.

Qeyd edək ki, hazırda neftin qiyməti ilk devalvasiyaya səbəb olan 56 dollar/barel həddində olsa da, Azərbaycanda dolların məzənnəsi 1,05 AZN/USD-dən 65% yuxarıdır. Bu da əhalinin iqtisadi inam göstəricisinin aşağı olduğunu göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar