Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin futbolçusu kim olacaq?

FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayacaq


Apasport.az saytının məlumatına görə, ötən ilin ən yaxşısı seçilənlər İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırılacaq.
 
Bakı vaxtı ilə saat 21:30-da start götürəcək tədbirdə 7 mükafatın sahibi bəlli olacaq. 
 
Əsas diqqət “FİFA ən yaxşı kişi futbolçusu” mükafatına yönələcək. Bu ada Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”) və Antuan Qrizmann (Fransa, “Atletiko”) iddia edir.
 
“FİFA ən yaxşı qadın futbolçusu” mükafatını qazanmağa namizədlər isə Melani Behringer (Almaniya, “Bavariya”), Çarli Lloyd (ABŞ, “Hyuston”) və Martadı (Braziliya, “Rozenqard”).
 
“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında Klaudio Ranyeri (“Lester”), Fernando Santuş (Portuqaliya) və Zinəddin Zidan (“Real”) mükafat qazanmağa namizəddi.
 
“FİFA ən yaxşı qadın məşqçisi” adına da üç iddiaçı var: Jil Ellis (ABŞ), Silviya Neyd (Almaniya) və Pia Sandheyc (İsveç).
 
“FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunacaq. Bunu qazanmağa Marlon (“Korintians”), Danyuşka Rodriges (Venesuela) və Mohd Faiz Subri (“Penanq”) namizəddi.
 
“FİFA Feyr-Pley mükafatı”nın sahibi də bu tədbirdə bəlli olacaq.
 
“FİFA Fan mükafatı”na həm klub, həm yığma azarkeşləri iddia edir. Bunlar İslandiya millisinin fanatları, həmçinin “Borussiya” (Dortmund), “Liverpul” və “Den Haaq”ın azarkeşləridi.
 
Qeyd edək ki, tədbirin aparıcıları da məşhur simalar olacaq. FİFA tədbirə amerikalı aktrisa Yeva Lonqoriya və alman teleaparıcı Marko Şreyli dəvət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar