Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlhamə Quliyevanın vəfatından bir il ötür


Bu gün Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın vəfat etdiyi gündür


Oxu.Az xəbər verir ki, İ.Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası, Xalq artisti Tükəzban İsmayılova və ögey atası, Xalq artisti Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.

Onun ölümündən sonra oğulluğu (övladlığa götürmə faktı ilə bağlı rəsmi sənəd yoxdur-red.) Orxan Nadirov ilə Xalq artistinin bacıları və digər qohumları arasında miras qalmaqalı başlayıb.

İ.Quliyevanın bacısı Gülbahar xanımın vəkili Zaur Niftəliyev bildirib ki, miras İlhamə xanımın qardaş və bacılarına keçib. Bir qardaşı şəhid olub, bir bacısı rəhmətə gedib. Şəhid qardaşına çatan əmlak onun iki övladına, dünyasını dəyişən bacıya qalan miras isə qızına verilib. 

Vəkil söyləyib ki, İ.Quliyevanın varidatının 2,7 milyon manat olması ilə bağlı yayılan xəbərlər yalandır:

“Rəhmətlik anası Tükəzban xanımdan (Xalq artisti Tükəzban İsmayılova - red.) qalmış üçotaqlı təmirsiz mənzil, özünün son vaxtlar yaşadığı evdir. Bundan başqa bir bağ sahəsi var. Bankların birində 300 min pulu var idi. Onun bir qismi bankdakı kreditinə, bir hissəsi pulun vaxtından əvvəl götürüldüyü üçün bank cəriməsinə çıxıldı. Ailə üzvlərinin əlinə yalnız 250 min manat pul gəldi. Qızıl əşyaları qalıb ki, dəyəri 25 minə yaxındır. Güman edilir ki, zinət əşyaları aradan çıxarılıb, dünyasını dəyişən gün talanıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar