Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Rəhimovun məhbuslarla bağlı təklifinə reaksiyalar


Fazil Mustafa: “İş adamlarının bu prosesə qoşulması...”; R Natiq Cəfərli: “Dövlət və özəl şirkətlərin işbirliyindən hər iki tərəf uda bilər”


Hüquq elmləri doktoru, professor İlham Rəhimov “Yeni Müsavat”ın ötən sayında gedən müsahibəsində bir sıra maraqlı məqamlara toxunub, təkliflər irəli sürüb. 

Professorun əsas diqqətçəkən təklifi məhbusların reabilitasiyası ilə bağlı olub.

“Əgər bu gün dövlətin reabilitasiya üçün ayırmağa ciddi vəsaiti yoxdursa, bu işə iş adamları cəlb edilə bilər. Məsələn, tikinti biznesi ilə məşğul olan bir şirkətlə müqavilə bağlana, cəzaçəkmə müəssisələrindəki məhkumlardan şirkətdə fəhlə kimi istifadə edilə bilər. Təbii, burada nəzarət funksiyası ədliyyə orqanlarının üzərinə düşür. İşləyəcək şəxslərin seçilməsini, onlara tam nəzarət edilməsini bu struktur həyata keçirməlidir. Görülən işin qarşılığında isə şirkət ədliyyə orqanlarına vəsait ödəyər. Ədliyyə orqanı öz sırasında məhkumlara müəyyən vəsait ayırar. Beləliklə, dövlət ciddi bir yükdən qurtularaq bir neçə aspektdən xeyir əldə edə bilər”-deyə İ.Rəhimov vurğulayıb.



Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələnin daim gündəmdə olduğunu söylədi: “İş adamlarının bu prosesə qoşulması, fikrimcə, vacib məsələlərdən biridir. Amma bunun nə dərəcədə effektli olmasını zaman göstərər. Biz də çalışmalıyıq ki, bu istiqamətdə hər hansı bir yenilik olarsa, bunu diqqətdə saxlayaq. Məhbuslara da bu şansın tanınması, onların fiziki güclərindən istifadə olunması mümkündür”.



İqtisadçı ekspert Natiq Cəfərli professorun təklifi ilə bağlı bunları dedi: “Buna imkan verilməməlidir ki, sovetlər dönəmində olduğu kimi, məhbuslardan hər hansı bir formada istismar nöqteyi-nəzərindən istifadə olunsun. Stalin dönəmindən başlayaraq, iqtisadiyyatın inkişafında böyük mənada məhbuslardan istifadə olunurdu. Onların ödənişləri edilmədən iqtisadiyyatın müxtəlif sahələrində çalışırdılar. Azərbaycanda belə bir praktika olmasın deyə, bunun qanunvericilik bazası hazırlanmalıdır. İş adamlarına müəyyən təkliflər olmalıdır. Əgər onlar bu sahədə müəyyən addımlar atacaqlarsa, o zaman onlara bəzi güzəştlər olmalıdır. Əks halda, onların məhbuslarla işləmələrinə heç bir maraqları olmayacaq. Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da məhbuslara ciddi şübhə ilə yanaşırlar. Onların işlə təmin olunmalarına şübhə ilə yanaşılır. Bu, ən azından doğru yanaşma deyil. Ona görə iş adamlarına stimul verilməlidir ki, onlar bu sahədə bundan istifadə etsinlər, dövlətə dəstək olsunlar. Bunlar olmasa, hər hansı bir göstərişlə, yaxud inzibati qərarla bunları etmək mümkün olmayacaq. Dövlətin iş adamları ilə bu sahədə birliyi dünyada yayılmış bir metoddur. Azərbaycanda da bundan istifadə etmək olar. İş adamlarına stimul verəcək təkliflər olunmalıdır. Amerikada özəl şirkətlərin idarəçiliyində olan həbsxanalar var. Dövlət öz xərclərini azaltmaq üçün iş adamları, özəl şirkətlərlə anlaşır, məhbusların işlədilməsinə icazə verir. Təbii ki, burada dövlətin nəzarəti çox güclüdür. Amma bütün xərcləri özəl şirkətlər öz üzərinə götürür”.


İqtisadçı ekspert dövlətin bu addımı atarsa, qazanacağı nəticələrdən də söz açdı: “Səhv etmirəmsə, bir məhbusun saxlanılması dövlətə 19 manata başa gəlir. Bu da kifayət qədər böyük məbləğdir. Bu da eyni zamanda büdcəyə əlavə yükdür. Həbsxanada olanlar, eləcə də şərti azadlıqda olan məhbuslar işləyərək həm öz xərclərini, həm də özəl şirkətlər onların saxlanılması xərclərini ödəməklə dövlətin yükünü azalda bilərlər. Dövlət və özəl şirkətlərin işbirliyindən hər iki tərəf uda bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar