rezonans

Xəbər xətti

23 İYUN

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

19:16 İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

19:10 Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

19:04 Yeni büdcə qaydaları müəyyənləşdirilir

18:59 Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

18:53 Prezident 9 milyon pul ayırdı

18:47 Yeltsinin kürəkəni Putinin müşaviri oldu

18:41 Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı

18:35 Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi



MÜSAHİBƏ

...

İlham Rəhimov: “ABŞ Qüds məsələsini iqtisadi şantaja çevirdi”

Tarix 13.01.18, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


“Qətllərin səbəbini insanın daxilində axtarmaq gərəkdir”


Bu günlərdə hüquq professoru İlham Rəhimovun  “Ölümsüz ölüm cəzası” adlı kitabı işıq üzü görüb. 

Kitabda ölüm hökmünün hüquqi tərəfləri ilə yanaşı tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji aspektləri də geniş araşdırılıb. Professorla bugünkü söhbətə də əsərin yaranma səbəbləri haqda sualla başladıq:

- Adından da göründüyü kimi əsas mövzu ölüm hökmüdür. Bu haqda fikirlərim ölüm hökmü haqqında yazdığım digər kitablarda da toplanıb. Ancaq həmin fikirlər, daha çox tezis formasında idilər və mən düşündüm ki, bu mövzunu daha geniş araşdırmağa ehtiyac var. Bu gün dünyada, xüsusən Avropada ölüm hökmündən imtina olduğunu görürük. Bu cəzaya moratorium qoyan, ondan imtina edən bir sıra ölkələr qərarları üzərində yenidən düşünməyə başlayıblar - bu addımımız doğru idimi? İsrail bu yaxınlarda ölüm hökmü ilə bağlı müzakirələrə başlayıb. Düzdür, onlar bu cəzanın terrorçulara tətbiq edilməsi üzərində dartışırlar, amma bütün hallarda, məsələ gündəmdədir.

- Yeri gəlmişkən, necə düşünürsünüz, İsrail ölüm hökmünü bərpa edəcək?

- Məncə, edəcəklər. Rusiya, Türkiyə, Pakistan ölüm hökmünə moratorium qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə mesaj ünvanlayıb ki, ölüm cəzanın tətbiqi bərpa oluna bilər. Eləcə də Pakistan... Mən həm Rusiya hakimiyyətinin, həm də alimlərin bu məsələyə münasibətindən xəbərdaram. Onlar da ölüm hökmünün tamamilə götürülməsinin tərəfdarı deyillər. Səbəbi isə odur ki, son zamanlar həm ağır cinayətlərin, həm qurbanların sayı, həm də qəddarlıq dərəcəsi artıb. Bu gün dünyada terror geniş yayılmağa başlayıb. Təbii olaraq bütün cəmiyyətlər terrorla  mübarizə yollarını aramaqdadır. Məncə, insanın həyatını itirəcəyi qorxusu onu cinayət törətməkdən çəkindirir. Bir var, insan lap ömürlük həbsdə də olsa da yaşayacağını bilir, bir də var, əmindir ki, ölüm cəzası alacaq. Özü də indiki şərtlər daxilində ömürlük həbs cəzası o qədər də vahiməli sayılmaz - məhbuslar televizora baxır, Avropa həbsxanalarında internetə giriş, hətta qida seçmək hüququ var. Ölüm hökmü ilə bağlı saysız kitablar yazılıb. Onların bir çoxu ilə tanışam. Son kitabımın özəlliyi ondadır ki, problem ayrı-ayrılıqda tarixi, dini, fəlsəfi, sosioloji-psixoloji yöndən araşdırılıb. Çünki ölüm hökmü elə bir anlayışdır ki, ona yalnız hüquqi yöndən baxılması dolğun nəticələr çıxarılması üçün yetərli sayıla bilməz. Bu problem sistemli baxış tələb edir və mən əsərimdə bütün yönləri dərindən araşdırmağa çalışmışam. Konkret hansı nəticələrə gəlmişəm - bununla kitabı oxuyanda tanış ola bilərsiniz.

- O zaman sualı belə qoyaq. Azərbaycanda da ölüm hökmünün bərpası ilə bağlı müzakirələr dayanmayıb. Bu müzakirələrin sonunu necə görürsünüz?

- Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Dediyim kimi, siyasi qərar olduğu üçün Azərbaycan onun nəticələrini dəqiq hesablaya bilməyib. Ona görə də, ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək. Keçmişdə ağır cinayətlərdə, xüsusən qəsdən adamöldürmədə qurbanların sayı çox olmurdu. Ancaq indi eşidirik ki, kimsə bütöv bir ailəni amansızlıqla qətlə yetirib. Fikir vermisinizsə, indi canilər qurbanlarının başını kəsir - əvvəllər belə faktların sayı mindən bir idi. Bu çox vahiməlidir. Cinayətlər çox qəddar xarakter alıb.

- Sizcə, hansı səbəbdən? Məsələn, Azərbaycanda bu nə ilə bağlı ola bilər?

- Bu tendensiya yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında müşahidə olunur. Avropanı bu bölgüyə ona görə salmıram ki, Avropa daha çox terrordan əziyyət çəkir, bu, başqa mövzudur. Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra cinayətkarlığın durumunu geniş araşdırmışam. Faktlar göstərir ki, 1917-ci ildə inqilab baş verəndən sonra cəmiyyətdə üç problem kəskin xarakter alıb - xəstəliklərin, cinayətlərin, intiharların sayı bir neçə dəfə artıb. Çünki ictimai-siyasi düzənin pozulması, yeni formasiyaya keçilməsi insanların psixologiyasına çox güclü təsir edir. Bu dəyişikliklər insanların öyrəşdikləri həyat şərtlərini darmadağın edir, beləliklə də ictimai münasibətlər pozulur. Qətllərin səbəbini insanın daxilində axtarmaq gərəkdir. Məsələn, dələduzluq niyə baş verir? İnsan başqasının hesabına varlanmaq istəyir. Belə cinayətlərin səbəbi sosial-iqtisadi durumda axtarılmalıdır. Qətllərin səbəbini isə tapmaq son dərəcə çətindir. Araşdırmaların, müzakirələrin sonunda belə qənaətə gəlirik ki, bu insanın xisləti ilə bağlıdır. Demək, insan hələ də daxilən kamilləşmə mərhələsini keçə bilməyib, ilkin yaradılış təfəkkürünü saxlayıb. Azərbaycanda da cinayətlərin artım tendensiyası köhnə quruluş dağıldıqdan sonra baş verdi. Cəmiyyətdə ictimai münasibətlər yenidən qurulmağa başladı. Qanunlar oturuşana qədərki aralıqda bir çox məsələlər 180 dərəcə dəyişdi, təbəqələşmə baş verdi - bəzi insanlar hədsiz varlandılar, bəziləri isə həyatın dibinə yuvarlandılar. Bütün bunlar insanların psixologiyasında ciddi dəyişiklik yaradır və cinayətlərin statistikasına və xarakterinə birbaşa təsir göstərir.

- Professor, söhbətin yönünü bir qədər də beynəlxalq siyasət olaylarına çevirmək istəyirik. Ötən həftəsonu ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistanın başçısı Ramzan Kadırovun “Maqnitski siyahısı”na daxil edib. Medianın iddiasına görə, bu siyahıda Rusiya liderinə yaxın bir çox adamların adı da var. Bu xəbərləri necə qiymətləndirirsiniz?

- Mətbuatdan izlədiyimə görə bu siyahı Maqnitskinin ölümü ilə bağlı yaradılıb, ABŞ rəsmiləri bu işlə bağlı hüquq-mühafizə orqanları işçilərinin adını o siyahıya salıblar. Bu siyahıya Kadırovun hansı səbəbdən salındığı isə mənə aydın deyil.

- Keçən ilin ən böyük hadisəsi yəqin ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləmək və səfirliyi ora köçürməklə bağlı qərarı oldu. Ondan bir neçə gün sonra isə Türkiyə lideri İstanbulda İƏT-in təcili toplantısını çağırdı və orada Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Amerika liderinin bu qərarını necə şərh edərdiniz? Bu məsələ strateji xarakter daşıyan Azərbaycan-İsrail münasibətlərinə xələl gətirə bilərmi?

- Trampın prezidentliyə namizədliyi irəli sürüləndə bildirmişdim ki, o siyasətçi deyil, biznesmendir, böyük siyasət məktəbini keçməyib. Belə şəxslər hakimiyyətə gələndə gözlənilməz addımlar atırlar. Gözlənilməz addımlar isə çox zaman heç də yaxşı olmayan nəticələrə gətirir. Uzun illər siyasətdə olan insan heç zaman belə bir addım atmazdı. Çünki belə addımlar atılan zaman yalnız ölkə ictimaiyyətinin onu necə qarşılayacağı deyil, geniş geosiyasi sonucları da hesablanmalıdır. Uzun illərin siyasət adamları bu cür həssas məsələlərdə son dərəcə ehtiyatlı davranırlar. Məsələn, Rusiya prezidenti... Putin heç zaman belə düşünülməmiş addım atmaz. Bir qərarı verməzdən öncə o, dəfələrlə nəticələri hesablayır. Bu mənada Vladimir Putin çox ehtiyatlı adamdır. Tramp isə bu məsələdə özünü dolaşığa saldı, sonucda ABŞ dünya ilə üz-üzə qaldı. BMT müzakirələrində ABŞ-ı 6-7 ölkə müdafiə etdi ki, onların da adı belə çoxlarına tanış deyil. Beləliklə, Trampın bu düşünülməz addımı ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu. Qüds məsələsində ABŞ-ın daha bir ciddi yanlışı “bizi dəstəkləməyənlərə maliyyə yardımı ayırmayacağıq” bəyanatı oldu. Bu, iqtisadi şantajdır. Bu o deməkdir ki, bizimlə olmayanları cəzalandıracağıq. ABŞ kimi supergüc üçün bu doğru addım sayıla bilərmi? ABŞ elə bir cəmiyyət qurub ki, dünya onu model kimi qəbul edir, ona oxşar sistem yaratmağa çalışır və birdən, belə ehtiyatsız bəyanat eşidilir... Amma bu bəyanat tərs effekt verdi, dünya ABŞ-ın qabağından qaçmadı...

- Həmçinin Azərbaycan...

- Bəli. Azərbaycan bu şantajdan niyə çəkinməliydi ki? Azərbaycan yardımlarla yaşayan ölkələrdən deyil. Allaha şükür, bizim yetərincə sərvətimiz var. Ona görə də, belə bəyanatların bizə təsir edəcəyini düşünmək, yersizdir. (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru