Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevin pasiyentindən ittiham


Həbsdəki teleaparıcı ona müraciət edən vətəndaşları inandırmaq üçün fotoşəkillərini alıb və bir kənara tullayıb


Sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.

Redaksiyamıza işdə adı zərərçəkən kimi keçən şəxslərdən biri olan Aynur Əhmədovanın məktubu və iş üzrə tərtib olunan ittiham aktı daxil olub. A.Əhmədova məktubunda İ.Mirzəyevin vergi cinayətlərinin araşdırılmamış qaldığını, talama cinayəti üzrə ona ittiham elan edilmədiyini qeyd edib. 

O, teleaparıcının məhkəmə qarşısına xırda maddələrlə çıxarılmasına diqqət çəkərək bildirir ki, işə baxan hakimlə İlham Mirzəyevin çox yaxşı münasibətləri var və buna qədər də bu hakim teleaparıcının iddiası əsasında qəzetlərə qarşı qərar qəbul edib. Zərərçəkənin redaksiyamıza təqdim etdiyi ittiham aktında yer alan epizodları oxuduqca teleaparıcının qəbuluna gedən və əli hər yerdən üzülmüş, övlad həsrətində olan insanların pullarını necə mənimsəməsi sadəcə ikrah doğurur.

İttiham aktından aydın olur ki, 10 aprel 2014-cü ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İ.Mirzəyevi saxlamasaydı, o, bu gün də sahibi olduğu falçılıq klinikasında iş başında olacaqdı. Efirdən söylədiyi yalanlarına uyanlar qapısını kəsdirib ondan min bir dərdlərinə əlac umacaq, son qəpiklərini verib nəticə gözləyəcəkdilər.

Həmin gün məlum əməliyyatın keçirilməsinə əsas verən müraciəti hazırda işdə adı zərərçəkən kimi keçən A.Əhmədova edib. İstintaqçılar məsələni araşdırıblar və belə bir ittiham aktı tərtib ediblər. İttiham aktında adı keçən zərərçəkənlərin ad-soyadlarını etik səbəblərdən yazmırıq. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktından seçmələri təqdim edirik:

 
(əvvəli ötən sayımızda)

İfadə verir İlham Mirzəyev

Cinayət işi üzrə şübhəli şəxs qismində dindirilən İlham Mirzəyev ifadəsində göstərib ki, 10 yanvar 2014-cü ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında yerləşən özünə məxsus 247 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsində Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi və Sosial Müdafiə Fondundan qeydiyyatdan keçirərək “İlhaMed” tibb mərkəzini açıb.  Mərkəzinin təsisçisi və direktoru özüdür. O, tibb mərkəzində vətəndaşlara psixoloji yardım göstərməklə məşğul olur. Orada yerləşən digər otaqlarda isə ali təhsilli mütəxəssislər tərəfindən psixoloq, massajist, fizioterapiya və ultrasəs müayinəsi təşkil olunub. Qəbul zamanı vətəndaşlara pullu xidmət göstərilir. Həmin xidmətlərin qiyməti respublikada bu sahədə mövcud qiymətlərə uyğun ümumi qaydalara əsasən müəyyən edilib. Qəbula gələn vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçərək, əvvəlcədən göstəriləcək xidmətlərə görə ödənişlərini xəzinədara ödəyərək, mütəxəssislərin qəbuluna buraxılır. Ondan şikayət edən  A.Əhmədova təxminən bir həftə əvvəl iki dəfə onun qəbulunda olub, onun tərəfindən psixoloji yardım göstərilib və hər dəfə 50 manat xidmət haqqı ödənib. Sonrakı günlərdə A.Əhmədova 2-3 dəfə tibb mərkəzinə gələrək onun qəbulunda olub, həmin ərəfədə dəfələr işi olduğunu bildirib, tələsdiyi üçün heç bir ödəniş etmədən çıxıb gedib və deyib ki, göstərdiyi psixoloji yardıma görə ödənişin hamısını birdəfəlik ödəyəcək. Əvvəlki dəfələrdə A.Əhmədova stresslə bağlı müraciət edib və ağlayaraq dörd aydır ki, anasını itirdiyini, göz yaşları içində boğula-boğula özünə qəsd etmək istədiyini, həyatın mənasız olduğunu deyib, o isə saatlarla onun intihar etməməsini, Allaha sığınıb səbr etməsini məsləhət görüb və ona psixoloji yardım edib. Sonra isə onun yanına gələrək deyib ki, “mən sakitləşdim və bununla barışdım. Amma məni sevən oğlan mənə qarşı laqeyddir, təmamilə məndən soyuyub, əgər o mənimlə heç olmasa, bir az mehriban olarsa, mən hər şeyi unudaram”. 

“3 min avro verərsən...”

9 aprel 2014-cü il tarixdə A.Əhmədova yanına gələrək bildirib ki, yaxın münasibətdə olduğu şəxslə münasibətlərinin bərpa olunmasına, barışmasına köməklik etsin. O, A.Əhmədovaya deyib ki, “özünün və tanışının şəkillərini mənə gətir. Əvvəlki və gələcəkdə göstərəcəyim psixoloji xidmət də daxil olmaqla 3 min avro verərsən, sənə köməklik edərəm”.

Fotoşəkilləri alıb, amma istifadə etməyəcəyini də əvvəldən bilib!!!

A.Əhmədova onunla razılaşıb, həmin tarixdə günortadan sonrakı saatlarda A.Əhmədova iş otağına gələrək özünün və tanışının 2 ədəd ayrıca fotoşəkillərini və 1600 avro pulu ona verib. Pullar 500, 100 və 50-lik avrolardan ibarət olub. A.Əhmədova qalan 1400 avro pulu sabah gətirəcəyini bildirib. O, A.Əhmədovadan özünün və tanışının fotoşəkillərini götürsə də, fotoşəkillərlə bağlı heç bir addım atmayacaqdı, fotoşəkillərdən heç bir məqsədlə istifadə etməyəcəkdi. 10 aprel 2014-cü il tarixdə, saat 15:30 radələrində A.Əhmədova iş otağına gəlib və 14 ədəd 100-lük avro olmaqla, cəmi 1400 avronu ona verib. O, A.Əhmədovaya bildirib ki, hər şey yaxşı olacaq, köməklik edəcək. A.Əhmədova iş otağından çıxdıqdan sonra otağa mülki geyimli şəxslər daxil olub, vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları ondan A.Əhmədovanı tanıyıb-tanımadığını və ondan pul alıb-almadığını soruşublar. O, polis əməkdaşlarına bir qədər əvvəl A.Əhmədovadan 1400 avro aldığını bildirərək polis əməkdaşlarına təqdim edib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat yazan İ.Mirzəyev A.Əhmədovadan  3 min avro və 2 ədəd rəngli fotoşəkli aldığını qeyd edib.

Teatr aktyoru, inşaatçı, psixoloq, aparıcı elmi işçi və fəlsəfə doktoru!

İttiham aktından bəlli olur ki, İ.Mirzəyev 1986-cı ildə Əli-Bayramlı şəhər sənaye texnikumunun “Mülki tikintilər” fakültəsini texniki inşaatçı üzrə, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr aktyoru” fakültəsini bitirib. Sonradan Azərbaycan Müəllimlər İnstitutunda psixoloq ixtisasına yiyələnib. 2004-cü ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Sosial psixoloji şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2006-cı ildə “Posttravmatik stresslərin sosial-psixoloji təhlili” adlı dissertasiya işini müdafiə edərək, psixologiya üzrə fəlsəfə doktoru elmi adına yiyələnib.Müqavilə əsasında “Space” telekanalında aparıcı işləyir. 5 il əvvəl “Tanrı” Elmi-İstehsalat Firmasını təsis edib. 2009-cu ildə Səhiyyə Nazirliyi təsisçisi və direktoru olduğu “Tanrı” Elmi-İstehsalat Firmasına tibb fəaliyyətinin həyata keçirilməsinə icazə verib. 2014-cü ildə firmasının nəzdində “İlhaMed” tibb mərkəzini açıb və həmin vaxtdan etibarən tibb mərkəzi fəaliyyət göstərib. Belə ki, tibb mərkəzinin direktoru özüdür, mərkəzin baş həkimi Gülər İbrahimovadır. “İlhaMed” tibb mərkəzində uşaq psixoloqu, surdoloq, kəkələmə mütəxəssisi, böyüklər üçün psixoloq, nevropotoloq, psixoterapevt, ultrasəs müayinə həkimi, fizioterapiya və massaj xidmətləri fəaliyyət göstərib. “İlhaMed” tibb mərkəzində vətəndaşlara ödənişli xidmət göstərilir və tibbi xidmət üçün ödənilən məbləğlər razılaşma yolu ilə müəyyən olunur, konkret qiymətlər müəyyən olunmayıb.

Təsəlli haqqı - günə 50 manat!

İ.Mirzəyev ifadəsində deyib ki, psixoloq olaraq A.Əhmədovaya təsəlli verib. Ondan ailəsi barədə sorğu-sual edib, ona izah edib ki, anasının vəfatı ilə barışmalıdır. Allaha sığınmaq lazımdır, anası ağır xəstə olub, uzun müddət yataqda yatsa idi, o, buna dözə bilməzdi. O, həmin pasientə özünəqapanma, depressiya və intihara meyillilik diaqnozu "müəyyən edib" və ona  30 günlük psixoloji seans keçməsini məsləhət görüb. Hətta A.Əhmədovanı tibb mərkəzində fəaliyyət göstərən şüa-diaqnostika aparatına göndərib ki, orada beyni aparata salınsın. Şüa-diaqnostika aparatına baxan həkim Mətanət xanım bildirib ki, A.Əhmədovanın beynində heç bir problem yoxdur və beləcə, onun qoyduğu diaqnoz düzgün çıxıb. Sabahı gün, günortadan sonrakı saatlarda A.Əhmədova növbəti dəfə “İlhaMed” tibb mərkəzinə gələrək, bu dəfə də 50 manat birdəfəlik qəbul üçün ödəniş haqqını ödədikdən sonra onun qəbulunda olub, o A.Əhmədova ilə şifahi söhbət aparıb ona psixoloji yardım göstərib.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar