Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyev üçün iki generala müraciət olunacaq


Ailəsi və tanımış müğənnilər hərəkətə keçdi; teleaparıcının mətbuat katibi jurnalistlərdən gileyləndi


Həbs olunan tele-aparıcı İlham Mirzəyevin mətbuat katibi Ceyran Əsgərova jurnalistləri qınayıb. O, iddia edir ki, jurnalistlər onun və həbs olunan teleaparıcının vəkilinin fikirlərini təhrif edirlər.  İ. Mirzəyevin fikirlərini təhrif edirlər. “Yeni Müsavat”ın müxbirinə deyib : “Dəfələrlə olub ki, bizim, vəkilin dedikləri ilə jurnalistlərin yazdıqları eyni olmur. Vəkil Xanlar Ələkbərzadə  başqa cür açıqlama verir, amma görürük ki, onun adından fərqli şeylər dərc olunur. Mən özüm sia.az saytının əməkdaşıyam. İlham Mirzəyevlə bağlı ən son məlumatları sia.az-dan götürə bilərsiniz. Bir də mən hər kəsdən çox xahiş edirəm, İlham Mirzəyev haqqında yazılan xəbərlər təhrif olunmadan verilsin”. 

Mətbuat katibi müxbirimizə dei ki, İ. Mirzəyevdən hələ yeni xəbər yoxdur:  “Məhkəmə prosesinin nə vaxt olacağı da dəqiq bilinmir. Olan kimi mətbuata açıqlanacaq”.
Ceyran xanım İ. Mirzəyevlə bağlı yayılmış daha bir yalan məlumata da münasibət bildirdi: “Mən saytlarda belə bir xəbər oxumuşam ki, İlham müəllim guya Kürdəxanı təcridxanasında Asif Əliyevlə (bu, İlham Mirzəyevin şikayəti əsasında həbs olunmuş şəxsdir – N. Y.  ) bir yerdə saxlanılır. Bu yalan məlumatdır. İlham Mirzəyev tutulduğu gündən “Banditizm”də (DİN MCQMBİ) saxlanılır. Təkcə bu fakt sübut edir ki, İlham Mirzəyev heç vaxt onunla bir yerdə ola bilməz.”
Müxbirimizin “İlham Mirzəyevə “Banditizm”də təzyiqlərin olması barədə məlumatınız varmı”, sualına isə Ceyran xanım belə cavab verdi: “Elə bir məlumatım yoxdur. Bu işlə bir başa vəkil Xanlar Ələkbərzadə məşğul olur”.
İlham Mirzəyevin mətbuat katibi Ceyran Əsgərova tele-aparıcının sahibi olduğu “İlhaMed” klinikası barədə yayılan bağlanma şayiəsinə də aydınlıq gətirib: “İlham Mirzəyevə məxsus olan klinikanın bağlanma ehtimalı yoxdur. Klinika öz fəaliyyətini davam etdirəcək. Sadəcə olaraq yeni xəstələrin qəbulu dayandırılıb. Amma əvvəldən müraciət edən xəstələrin müalicəsi və onlara yönəlik prosedurlar davam edir ”. qeyd edək ki, klinikanın fəaliyyətdə olmasını “Yeni Müsavat”ın reportyoru da bilavasitə təsbit edərək, yazmışdı. 

Müxbirimizə verilən məlumata görə, tele-aparıcının həbsi ilə bağlı bir neçə tanınmış müğənnilər daxili işlər naziri Ramil Usubova müraciət etməyə hazırlaşırlar. 
Digər bir maraqlı məlumat isə ondan ibarətdir ki, İlham Mirzəyevin ailəsi fövqəladə hallar naziri  Kəmaləddin Heydərovun qəbuluna düşməyə çalışırlar.
Teleaparıcı və baxıcı İlham Mirzəyevin Aprelin 12-də keçirilən məhkəmə prosesində  aparıcının haqsız yerə həbs olunmasına etiraz olaraq xalq şairi Zəlimxan Yaqubun da iştirak etdiyi iddia olunur. 

Xatırladaq ki, İ.Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. İ.Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq saxlanılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar