Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin yaratdığı yeni Bilik Fondu ilk iclasını keçirdi


Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısı keçirilib.


 Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bilik Fondu kimi önəmli bir qurumun yaradılması ilə bağlı prezident İlham Əliyevin fərmanını alqışladığını bildirib.

Akademik A. Əlizadə əhalinin ən müxtəlif sahələrdə maarifləndirilməsində, azərbaycançılıq məfkurəsinin, eləcə də milli-mənəvi və dini dəyərlərin təbliğində, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə çatdırılmasında Bilik Fondunun görəcəyi işlərin vacibliyindən danışıb. Şura sədri onu da bildirib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası iləəlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.

Fondun Himayəçilik Şurasının üzvü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şura üzvlərinə göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkür edib. K. Abdullayev Fondun fəaliyyət istiqamətləri barədə hərtərəfli məlumat verərək bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, xüsusilə Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək. Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənilib. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verib. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndiriblər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr veriblər.
(Lent.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar