Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib


Təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilməyinizdən məmnun oldum. Bu uğur son illərdəki liderliyinizin Azərbaycan Respublikasının xalqı tərəfindən yüksək qiymətləndirilməsi və Sizin rəhbərliyinizlə ölkənin böyük gələcəyi ilə bağlı xalqda olan gözləntilərin gözəl nümayişidir. Bu xoş anda mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

"BAKUTEL 2016" və "BAKUTEL 2017" sərgilərində Sizinlə görüşməkdən böyük şərəf duydum. Ölkənizdə və dünyada sosial-iqtisadi inkişafın təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının yaratdığı imkanlar barədə Sizdə olan dərin biliklər və ümumiyyətlə bu sahəyə, kiçik və orta müəssisələrə, xüsusən də Beynəlxalq Telekommunikasiya İttifaqına göstərdiyiniz güclü dəstəyiniz mənə çox müsbət təəssürat bağışladı. Azərbaycan Respublikası Asiya-Avropa yol xəttinə qoşulmaqla mühüm bir mərkəzə çevrildi. Sizi əmin etmək istərdim ki, ölkəniz və regionunuz üçün ümumi maraq doğuran bütün işlərdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə sadiq olaraq qalırıq.

Gələcək işlərinizdə Sizə böyük uğurlar diləyirəm.

Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının rektoru, professor, Dərbənd Şəhər Deputatlar Məclisinin deputatı Həsən Mirzəyevdən:

"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz apardığınız siyasət sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda şəxsi nüfuzunuzun daha da güclənməsinin sübutudur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artıb, ölkə iqtisadiyyat, idman, mədəniyyət və digər sahələrdə daha inamlı qələbələr qazanmaqdadır.

Prezident seçkilərində qazandığınız qələbə biz - qədim Dərbənd əhalisi üçün xüsusən önəmlidir, çünki dövlətlərimiz arasında mehriban qonşuluq əlaqələri hər zaman yüksək dəyərləndirilir. Bu əlaqələr yeni prezidentliyiniz dövründə daha da möhkəmlənəcək, xüsusən iqtisadi və mədəni sahələrdə inkişaf edəcəkdir.

Dost Azərbaycanın tərəqqisi və firavanlığı yolunda fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar