Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin reytinqi 90%-ə yaxınlaşır


Ölkə əhalisinin 73%-i hazırkı dövlət başçısına alternativ görmür


"Azərbaycan əhalisinin ölkə prezidenti İlham Əliyevə etimadı yüksəkdir".

Oxu.Az xəbər verir ki, bunu “Rəy” Monitorinq Mərkəzinin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7%-i öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.

“İ.Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 86%-ə yaxını «bəli, cavab verir” (tam və ya qismən), cəmi 3%-i “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib.

Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Ölkə əhalisinin 73%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür.

Sorğu həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 22% “yəqin ki, iştirak edərdim” cavab variantını seçib.

Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9% təşkil edib. Qalan 8% cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7% təşkil edir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar