Prezident İlham Əliyevin nəvələrinin yeni fotosu yayılıb
Fotoşəkil dövlət başçısının böyük qızı Leyla Əliyevanın adını daşıyan “Instagram” səhifəsində paylaşılıb.
Yeni fotoda əkizlər Əli və Mikayıl dayandıqları eksponatın önündə maraqlı görüntü yaradıblar. Onların bu fotoşəkli səhifə izləyiciləri tərəfindən xoş qarşılanıb və çox sayda müsbət rəylər yazılıb.
Qeyd edək ki, əkiz olan Əli və Mikayıl prezidentin böyük qızı Leyla Əliyevanın övladlarıdır. Dövlət başçısının nəvələrinin şəkilləri müntəzəm olaraq valideynlərinin sosial şəbəkədəki səhifələrində paylaşılır. (ans)