Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevə xüsusi medal təqdim edildi


Azərbaycan prezidenti İlham Əliyev Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini və Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib


Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti E. Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirib.

E. Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, insanların yarışlarda böyük ruh yüksəkliyi ilə iştirakının və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Avropa “Fair Play” Hərəkatının prezidenti K. Hinterberqer də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən K. Hinterberqer Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirib. Avropa “Fair Play” Hərəkatının prezidenti, təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını deyib.

Bakıda Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının keçirilməsindən məmnunluğunu ifadə edən dövlət başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlət başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırlayıb.

Daha sonra Avropa “Fair Play” Hərəkatının prezidenti K. Hinterberqer Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirib, Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğulayıb.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar