Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən özbəkistanlı həmkarına təbrik məktubu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb


Məktubda deyilir: 

"Hörmətli İslam Abduqəniyeviç, 

Yenidən Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.

Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək.

Əziz İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Özbəkistanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram". (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar