Azərbaycanın prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib
Təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və rifah diləyirəm”.(qafqazinfo)
pia.az