Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən Binəli Yıldırıma təbrik məktubu

Prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırıma təbrik məktubu yollayıb


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda bunlar deyilir:

“Hörmətli cənab Baş nazir,
 
Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri seçilməyiniz və Türkiyə Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf etmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
 
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənmiş, inkişaf etmiş və hazırkı ən yüksək səviyyəsinə çatmışdır.
 
İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.
 
Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə Sizə uğurlar diləyirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar